"Mehirban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm"

17:01 05-04-2019 | icon 390 | Siyasət
"Mehirban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm"

Mehirban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm.

 

Versus.Az xəbər verir ki, bunu Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.

 

Dövlətimizin başçısı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:

 

"Çünki onun fəaliyyəti nəticəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarında bu məsələ ilə bağlı təqdimatlar, simpoziumlar, konfranslar, dəyirmi masalar keçirilmişdir. Bizim tarixi, mədəni irsimiz olan muğam sənəti, tar və digər milli sərvətlərimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır. Bütün bunlarla bağlı sərgilər, təqdimatlar keçirilir, yəni, biz Qarabağ həqiqətlərini dünyaya çatdırırıq. Çünki vaxtilə, xüsusilə müstəqilliyimizin ilk illərində erməni lobbisi tərəfindən belə bir rəy formalaşdırılmağa cəhd edilirdi ki, guya Qarabağ onların torpağıdır. Bizim imkanımız yox idi, lobbimiz yox idi, bizim xaricə çıxışımız çox məhdud idi. Amma bu gün biz bütün dünyaya həqiqətləri çatdırırıq və tarixi sənədlər əsasında, maddi-mədəni irs əsasında sübut edirik ki, bu, bizim tarixi diyarımızdır. Mən bildirəndə ki, tarixi ədalət bizim tərəfimizdədir, məhz bunu nəzərdə tuturdum. Qədim xəritələrə baxanda görürük ki, Dağlıq Qarabağda və ətraf bölgələrdə bütün toponimlər Azərbaycan mənşəlidir".

 

İlham Əliyev əlavə edib ki, tarixi ədalət, beynəlxalq hüquq, bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır:

 

"Bu da bizim böyük diplomatik və siyasi uğurumuzdur. Əlbəttə ki, iqtisadi potensialımız, hərbi gücümüz də mühüm amildir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür