Bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsi təklif edilir

11:09 06-04-2019 | icon 396 | Cəmiyyət
Bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsi təklif edilir

Hicran Hüseynova: ""Sağlamlıq imkanları məhdud" sözlərinin yazılması oradakı uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problem yarada bilər"

 

 

Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

 

Versus.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Heydər Əliyev Mərkəzində keçirilən "Fərqli Fərdlər" 1-ci Xüsusi qayğıya ehtiyacı olan uşaqlar konqresində çıxışı zamanı deyib.

 

H.Hüseynova bildirib ki, Azərbaycan Prezidenti tərəfindən aparılan uğurlu siyasət nəticəsində bu gün uşaq hüquqları sahəsində əsaslı nailiyyətlər əldə olunub:

"Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində çox güclü qanunvericilik bazası mövcuddur".

 

Komitə sədri əlavə edib ki, bu sahədə çox mühüm sənədlərin hazırlanması və qəbul olunması nəzərdə tutulur:

"Bu gün Azərbaycanda təhsil, tibb, istirahət və digər xidmətlərin əlçatan olması üçün ciddi islahatlar aparılır. Azərbaycanda dövlət tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün hər cür şərait yaradılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqların hərtərəfli inkişafı istiqamətində gördüyü çox önəmli və genişmiqyaslı işləri xüsusilə qeyd etmək lazımdır".

 

H.Hüseynova, həmçinin bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsini təklif edib:

"Sağlamlıq imkanları məhdud" sözlərinin yazılması oradakı uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problem yarada bilər. Bu ad sanki bir damğa təsiri bağışlayır. Belə adlara yenidən baxılması yaxşı olardı".

 

A.Zeynallı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür