Qənirə Paşayeva İsraildə Qarabağ, Xocalı soyqırımı həqiqətlərindən danışıb

13:35 06-04-2019 | icon 566 | Siyasət
Qənirə Paşayeva İsraildə Qarabağ, Xocalı soyqırımı həqiqətlərindən danışıb

“Yəhudi xalqı Xocalı soyqırımı ilə nəticələnən erməni faşizmini hamıdan daha yaxşı anlaya bilər”

 

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadını İsrailin Akko şəhərinin meri Şimon Lankri ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, görüşdə Akko Azərbaycan evinin rəhbəri, Akko Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Şirin Nexamiya Mixaeli və İsraildə Bakı Beynəlxalq multikulturalizm mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut iştirak edib.

 

Akko şəhərinin meri bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan xalqının tərəfindədir:

 

“Bu münaqişədə son hadisələr bir daha sübut etdi ki, Azərbaycan qeyri-müəyyən status-kvonu qəbul etməyəcək. Ona görə də Azərbaycanın mövqeyini ədalətli və beynəlxalq hüququn normalarına uyğun hesab edirəm. Biz israillilər sözdə deyil, əməldə müharibə və terrorun nə olduğunu bilirik. 2 ay bundan əvvəl Heydər Əliyev Fondunun dəstəyilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində rəhbərlik etdiyim şəhərdə ən yüksək səviyyədə Xocalıda baş verən soyqırım aktına həsr olunan sənədli foto sərgi təşkil edilmişdi. Məni şəxsən ermənilərn Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik və vandalizm aktları haqqında olan bu foto-sərgi və tədbir çox sarsıtdı. Mən ümid edirəm ki, işğal altında olan Azərbaycan torpaqları tezliklə azad ediləcək və Azərbaycanlı məcburi köçkünlər öz evlərinə qayıda biləcəklər".

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Akko merinə və Azərbaycan dağ yəhudiləri icmasına "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən foto-sərgiyə görə öz təşəkkürünü bildirib:

 

"Azərbaycanın mülki əhalisini azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirdilər. Ermənilərin törətdikləri vəhşiliklər barədə bütün dünya bilməlidir və bu vəhşiliyi törədən cinayətkarlar beynəlxaq məhkəmə qarşısında cavab verməlidir. Holokost kimi dəhşətli soyqırımı yaşamış yəhudi xalqı Xocalı soyqırımı ilə nəticələnən erməni faşizmini hamıdan daha yaxşı anlaya bilər. Şimon Lankri - Azərbaycanın İsraildə əsl və həqiqi dostudur. Azərbaycana dəstək göstərməklə yanaşı, siz bizim Azərbaycan icması üçün böyük layihələr həyata keçirirsiniz. Sizin təşəbbüsünüzlə İsraildə Azərbaycandan olan dağ yəhudilərinin Koordinasiya Mərkəzi və Akkoda Azərbaycan Evi yaradılmışdır ki, bu da Azərbaycan və İsrail arasında strateji əməkdaşlığın əsl və real körpüsü rolunu oynayır".

 

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda Prezident İ.Əliyevin rəhbərliyi altında ölkədə görülən işlər və əldə edilən uğurlar, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında qadınlarımızın cəmiyyətdə rolunun daha da genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib, eyni zamanda Azərbaycanın iqtisadi, turizm potensialı, mədəniyyəti, Qarabağ həqiqətləri bağlı da geniş məlumat verib.

Tədbirdə çıxış edən Akko Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri və Akkoda Azərbaycan Evinin rəhbəri Nexamiya Şirin Mixaeli Şimon Lankrinin İsrail-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsində böyük rolunu qeyd etdi:

 

"Azərbaycana tarixi və uğurlu səfəri zamanı Azərbaycan xalqının və dövlətinin və şəxsən Azərbaycan prezidentinin yəhudilərə bəslədiyi isti və səmimi münasibəti görən mer Şimon Lankri Akkoda Azərbaycan Evinin qurulması və fəaliyyət göstərməsinin vacibliyini qərara aldı. Mən fəxr edirəm ki, mənə qardaşım Arye Qutla birlikdə Akko şəhərinin merini Azərbaycanın həqiqi və əsl dostuna çevirmək nəsib oldu. Bu gün Şimon Lankri Azərbaycan Evinin Azərbaycandan gələnlərin çoxluq təşkil etdiyi qədim və multikultural Akko şəhərinin ayrılmaz və müasir simvoluna çevrilməsi üçün əlindən gələni edir”.

 

Beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Şimon Lankrinin Azərbaycana səfərini İsrail şəhərinin ilk merinin "Odlar Yurdu"na ilk səfərinin tarixi əhəmiyyətini qeyd etdi.

"Qədim Azərbaycan torpağında iudaizm, İslam, atəşpərəstlik və xristianlıq mövcud olub. Bu torpaq bu gün də hədsiz tolerantlıq nümayiş etdirir. Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin kompakt şəkildə yaşadığı yeganə və unikal bir yerdir, Azərbaycanın əsl qürur mənbəyidir. Burda aəzrbaycanlılar və yəhudlər əsrlər boyu bir yerdə yaşayıb, özlərini doğma qardaş kimi hiss edirlər. Onlar ümumi tale və ümumi tarixlə də bir-birinə bağlıdırlar. Tam məsuliyyətlə bütün dünyaya bəyan edə bilərik ki, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həm də bizim faciəmiz və ağrımızdır. Bu dəhşətli müharibədə yəhudilər və azərbaycanlılar işğalçılara qarşı birgə vuruşublar. Biz Azərbaycandan çıxan yəhudilər fəxr edirik ki, bu müharibədə Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri qardaşımız Albert Aqarunov olub və o, Azərbaycan və yəhudi xalqlarının qardaşlıq simvoluna çevrilib. Dövlət başçısı İlham Əliyev milli azlıqların, o cümlədən yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və isti münasibət göstərir. Prezidentin himayəsi altında iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi qurulmuşdur. Cənubi Qafqazda ilk olacaq birinsi yəhudi muzeyinin Azərbaycanda yaradılması nəzərdə tutulub. Azərbaycanın İsraillə dərin, hərtərəfli və sıx əlaqələri mövcuddur. Azərbaycan dövləti ilə yəhudi icması arasında əlaqələr çox yüksək səviyyədidir".

 

Akko şəhərinin meri qeyd etdi ki, Azərbaycana səfəri zamanı şəxsən özü Azərbaycanın xalqının qonaqpərvərliyini, tolerantlığını, multikulturalizmini hiss edib:

 

"Məhz Azərbaycandan olan mənim yaxın dostlarım - Nexamiya Şirin Mixaeli və Arye Qut mənim üçün Azərbaycan adlı bir ölkəni açdılar. Onlar həmişə qürurla deyirlər ki, Azərbaycanda heç zaman antisemitizm olamyıb və yəhudilər heç vaxt özlərini burda əcnəbi kimi hiss etməyiblər. Bura gələrək mən özüm şəxsən yəhudilərə olan isti münasibətin şahidi oldum və mən də qurur duyuram ki, Azərbaycanın dostuyam".

 

Akko şəhərinin meri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolla həllinə ümid edir:

"İsrail dövləti hər zaman bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və mən də npqteyi-nəzəri bölüşürəm. Bu gün İsrail dövləti və Akko şəhərinin meri Azərbaycan və Azərbaycan xalqı ilədir".

Daha sonra Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadını Akkoda Azərbaycan Evində Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb və geniş fikir mübadiləsi aparılıb. Akkoda Azərbaycan Evinin fəaliyyətinin vacib olduğunu deyən Q.Paşayeva and Azərbaycanın bir qrup fəal qadını Qarabağ həqiqətlərinin İsraildə daha da geniş yayılması imkanları barədə geniş müzakirələr aparlıb. Diaspor üzvləri hər zaman Azərbaycanın yanındayıq deyiblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?