Erməni nazir öz dövlətinin işğalçı olduğunu etiraf edir

15:04 06-04-2019 | icon 412 | Qarabağ
Erməni nazir öz dövlətinin işğalçı olduğunu etiraf edir

"David Tonoyanın fikirləri qəbuledilməzdir və beynəlxalq birlik Ermənistanın müdafiə nazirinin bu mövqeyinə münasibət bildirməlidir. D.Tonoyan açıq şəkildə öz dövlətinin işğalçı olduğunu etiraf etmiş olur. Erməni nazirin "sülh üçün ərazi" formulunun "yeni müharibə - yeni ərazilər" formuluna çevrilə biləcəyi fikrini başqa cür qiymətləndirmək mümkün deyil".

Versus.Az trend-ə istinadən bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı mövqeyini ifadə edib. Ermənistan anlamalıdır ki, hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır və beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqı ilə Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır.

O vurğulayıb ki, Azərbaycan Ermənistan kimi digər dövlətlərin ərazilərinə iddialarla çıxış etmir və ərazilər zəbt etmək fikrində deyil: "Azərbaycanın tələbi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, onun beynəlxalq tanınmış ərazilərindən işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasıdır. Əgər erməni tərəfi yenə torpaqlarımızı işğal etməyə cəhd edərsə, layiqli cavabını alacaq. 2016-cı ilin aprel döyüşləri bu reallığı təsdiqləyir. Məlumdur ki, aprel döyüşləri zamanı ordumuz düşmənin müdafiə xəttini cəmi 18 dəqiqəyə yardı. Bu isə ordumuzun gücünün əyani sübutu, Ermənistanın isə öz ordusu haqqında yaratdığı mifin iflası oldu. Ona görə də erməni ordusu Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməz".

Millət vəkili qeyd edib ki, digər tərəfdən, Ermənistanın hakimiyyət nümayəndələrinin münaqişənin həlli ilə bağlı fərqli, ziddiyyətli fikirlər səsləndirməsi işğalçı ölkənin yeni iqtidarının qeyri peşəkarlığını göstərir: "Eyni zamanda, bu fakt hakimiyyət daxilində siyasi qarşıdurmanın da göstəricisi ola bilər".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...