Sergey Lavrovun iştirakı ilə keçiriləcək növbəti görüşdən gözləntilər

15:10 06-04-2019 | icon 541 | Geopolitika
Sergey Lavrovun iştirakı ilə keçiriləcək növbəti görüşdən gözləntilər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi çərçivəsində Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə keçiriləcək növbəti görüşü ciddi məqsəd güdür.

Versus.Az trend-ə istinadən xəbər vrir ki,  bunu politoloq Arzu Nağıyev deyib.

A.Nağıyevin sözlərinə görə, məhz bu görüş çərçivəsində tərəflər təmas xəttindəki vəziyyətlə bağlı məsələlərin, eləcə də humanitar problemlərin ətraflı müzakirəsini aparacaq.

Politoloq xatırladıb ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsini təklif edib, baş nazir Paşinyan da bu mövzuya toxunub:

"Hesab edirəm ki, ATƏT Minsk qrupu həmsədrlərinin danışıqlar formatının dəyişməzliyi ilə bağlı son bəyanatları, eləcə də Avropa İttifaqının rəsmi şəxslərinin analoji açıqlamaları Ermənistan tərəfinə ismarıcdır. Öz növbəsində Azərbaycanın mövqeyi dəyişməz qalır, biz birtərəfli qaydada bəyan edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı şərti ilə mümkündür. Bu əsaslı ədalətli mövqeyimizi dövlət başçımız dəfələrlə səsləndirib. Eyni zamanda biz bu məsələni substantiv danışıqlar vasitəsilə, yəni mərhələli şəkildə həll etməyi təklif edirik".

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə Rusiya tərəfinin iştirakına gəldikdə isə, politoloq bunu müsbət amil kimi dəyərləndirib və Rusiya XİN rəhbərinin iştirakını zəruri adlandırıb.

Eyni zamanda ekspert xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin nizamlanması üçün hüquqi əsas təşkil edir və birmənalı olaraq Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiqləyir, eləcə də erməni qoşunlarının Azərbaycan ərazilərindən tez bir zamanda, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol