Aprel döyüşünün qəhrəmanı: Onu sursatı qurtarandan sonra vurmuşdular
Versus.Az milli.az-a istinadən "Aprel" döyüşçüsü Qazi Sərxan Məmmədovun sosial şəbəkədə şəhid Məhəbbət Mirzəyev haqqında yayılan xatirələrini təqdim edir:
"Aprelin 5-i atəşkəs elan edildi, Bir neçe gündən sonra neytral sahələrdə qalan şəhidlərimizin nəşini götürməyə getdik
Ermənilər bizi görəndə, qorxurdular, çox solğun və əzgin görünürdülər, Kəşfiyyatçımız Əliağa Zeynalovla aldığımız koordinata əsasən hərəkət etməyə başladıq .
Biz 5 nəfərlik dəstə və iki nəfər istehkamçı ilə hərəkətə keçdik
Çünki minalanmış sahələrdə istehkamçı olmadan keçmək mümkün deyildi. Bizimlə gedən Əliağa Zeynalov dedi ki, ürəyimə damıb ki, burada kimsə var, bunu hiss edirəm.
Birdən ordumuzun əfsanəsi, kobrası və cəsuru xüsusi təyinatlımız gizir Məhəbbət Mirzəyevin papağını gördük. Ətrafda ağaclar və aşağıda yulğunluq var idi.
Onu ağacların dibində tapmadıq. Bir az aşağı, erməni səngərinə düşdük. Elə bu zaman Ceyhun Alcanov dedi ki, ağacın altında kimsə var. Baxdıq ki, ağacın altında çəkilib oturub, özüdə erməni səngərinə tərəf baxır. Baldırından yaralanıb, özü də yarasını bağlamışdı. Ancaq ikinci yarasını başından almışdı. Əllərini sinəsində cütləyib çarpazlamışdı. Yəqin ki, onu sursatı qurtarandan sonra vurmuşdular.
Çünki yanında bir dənə də olsun gülləsi qalmamışdı. Biz onu götürməyə yaxınlaşanda, komandanlıqdan bizə dedilər ki, erməni tərəfdə narahatlıq var, siz neytraldan çox irəliyə keçmisiniz. Çünki həmin vaxt Qırmızı Xaç Komitəsinin üzvləri ilə birlikdə idik, təlimata görə onlarla birlikdə olanda, heç bir tərəf atəş açmamalıdır. Dərhal onu xərəyə qoyub, ərazidən uzaqlaşdırdıq."
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...