XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin GÖRÜŞ VAXTI barədə

15:23 06-04-2019 | icon 370 | Siyasət
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin GÖRÜŞ VAXTI barədə

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin birinin paytaxtında baş tutacaq".

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu özəl açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, hazırda görüşün tarixi ilə bağlı danışıqlar aparlır.

Mətbuat katibi xatırladıb ki, martın 29-da Vyanada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə qəbul olunmuş birgə bəyanatda yaxın zamanlarda iki ölkənin xarici işlər nazirləri arasında görüş keçirilməsi ilə bağlı razılığa gəlindiyi qeyd olunub:

"Bununla əlaqədar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüssel səfəri çərçivəsində belə bir açıqlama ilə çıxış etdi ki, nazirlərin qarşıdan gələn görüşü barədə razılaşma əldə olunub və belə bir görüş yaxın zamanlarda həmsədr ölkələrinin birinin paytaxtında baş tutacaq. Konkret görüşün vaxtına gəlincə, bu məsələ Bakı və Yerevan arasında razılaşdırılandan sonra bəyan ediləcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR