"Maygülü" yaxşı səslənmir deyə, onu "batağan" etmək olmaz"

15:29 06-04-2019 | icon 527 | Cəmiyyət
"Maygülü" yaxşı səslənmir deyə, onu "batağan" etmək olmaz"

Bu adları quşlara xüsusiyyətinə, mənşəyinə, xarakterinə görə xalq qoyub. Bu adların alimlər tərəfindən dəyişdirilməsi mümkün deyil.

 

Versus.Az kult.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Dil Qurumunun başqanı, xalq şairi Sabir Rüstəmxanlı açıqlamasında deyib.

 

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun elmi şurasında müzakirəyə çıxarılmış 20 quş növünün adının dəyişdirilməsinə münasibət bildirən ADQ başqanı vurğulayıb ki, dil və dilçiliklə bağlı xeyli problemin olduğu ərəfədə AMEA-nın alimləri belə işlərlə məşğul olmamalıdır:

"Çox istisna hallarda hansısa quşun adını dəyişdirmək olar. Ad başqa dildədirsə, alınmadırsa, dildə müəyyən problem yaradırsa, bu zaman dəyişdirilməsi normaldır. Təkcə bu hallarda ad dəyişdirilə bilər. Yoxsa "maygülü" adı yaxşı səslənmir deyə, onu dəyişib "batağan" etmək olmaz".

 

Mütəxəssislər bildirirlər ki, bəzi sözlərin dəyişdirilməsinə səbəb onların jarqona çevrilməsidir. Tutaq ki, "maygülü" hansısa məqamda təhqir və ya aşağılama mənasında deyilibsə, alimlər onu dildən çıxarmağa çalışırlar. Əslində isə bu sözün qorunmasına həssas yanaşmalıdırlar.

Məsələ ilə bağlı danışan yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib ki, AMEA belə dəyişiliklərlə bağlı aydın və izahlı açıqlama verməlidir:

 

"Yəni dəyişiklik edilsə, bunu əsaslandırmaq lazımdır. AMEA bu məsələləri adətən müzakirəyə çıxarır. Belə məqamlarda da müzakirəyə çıxarılmasının tərəfdarıyam. Nəzərə almaq lazımdır ki, ədəbi dilin öz prinsip və normaları var. Əgər bir quşa və ya hansısa heyvana qoyulmuş ad ədəbi dilin normalarına uyğun deyilsə, dəyişdirilməsi normaldır.

Mən Dilçilik İnstitutunun operativ olmasının tərəfdarıyam. Texnika əsridir və gündə yeni söz çıxır. Bu sözlərə operativ reaksiya verilməlidir. Ancaq bu quşlara ad qoyulması işlərini bekarçılıqdan görürlərsə, qınanılmalıdır".

 

Sözlərin təhqir və aşağılama anlamında işlədilməsi adətən küçə mühitindən başlayır. Təəssüf ki, "xiyar", "qatıq" və s. kimi sözlər zaman-zaman jarqonlaşdırılıb, neqativ anlamlarda işlədilib və bu gün belə sözlərə qarşı bəzi şəxslərdə bir qorxu, xof formalaşıb. Lakin heç bir halda Azərbaycan dilini küçə mühitinin formalaşdırdığı qaydalara uyğun tənzimləmək olmaz.

Bu sözlər xalqın beyninin və dilinin süzgəcindən keçərək, yaddaşına hopub. Məhz buna görə əksər alimlər və ziyalılar müzakirəyə çıxarılan dəyişikliklərin qəbuledilməz olduğunu bildirirlər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI