Şimali Kiprdə təhsil niyə cəlbedicidir?

17:06 06-04-2019 | icon 1587 | Təhsil
Şimali Kiprdə təhsil niyə cəlbedicidir?

 

Şimali Kipr Türk Respublikası deyəndə, kənd təsərrüfatı, iqtisadiyyat, incəsənət sahələri deyil, məhz ali təhsil brendlərinin yer aldığı məkan yada düşür. Cümhuriyyətin qurulması ilə adada təhsil sahəsində böyük hərəkat başlanılıb.  Ona görə də Şimali Kiprə  “təhsil mirvarisi” də deyirlər.

Ümumilikdə bölgədə hazırda yerli və özəl olmaqla 20 universitet mövcuddur. Əslində, beynəlxalq müstəvidə respublikanın müstəqilliyi yalnız Türkiyə tərəfindən tanınır və bu ərazilər Türkiyənin nəzarətindədir. Tələbələri bura cəlb edən isə bütün ali təhsil müəssisələrinin diplomlarının Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiqlənməsidir. Eyni zamanda,  Şimali Kipr hökumətinin Ali Təhsil Planlaması, Nəzarət, Akkreditasiya və Koordinasiya Şurası (YÖDAK) da universitetlərin fəaliyyətini rəsmiləşdirir. Şimali Kiprdə ilk dövlət ali təhsil ocağı 1979-cu ildə əsası qoyulmuş Şərqi Aralıq Universitetidir (Doğu Akdeniz Universitesi). 1985-ci ildə yaradılmış Girne Amerikan Universiteti isə bu sırada ŞKTR-nın ilk özəl, həmçinin Türkiyənin Ali Təhsil Şurasına (YÖK) bağlı ilk vəqf universiteti statusunu daşıyır.  Azərbaycanın təhsil işçiləri GAU-da  Azərbaycan-Kipr Dostluq Cəmiyyəti tərəfindən təşkil edilmiş “Təhsildə Beynəlxalq Təcrübə” proqramı çərçivəsində Bakı Slavyan Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin, ümumi təhsil müəssisələrinin 20-dən çox professor-müəllim heyəti Girne Amerikan Universiteti və 19 May Türk Maarif Kollecində (19 Mayıs Türk Maarif Koleji) olub.  GAU 5 əsas məqsədlə idarə olunur  Əlçatanlıq, sürət, əlaqələndirmə, dəyər və ictimaiyyət. Universitetdə adından da göründüyü kimi, Amerikanın təhsil modeli tətbiq edilir. Həmçinin ali təhsil ocağının Vaşinqton, Kenterberi, Honkonq, İstanbul, Şri-Lanka kampusları var. Girne şəhərinin hazırda əhali sayı 50 mindir. Təkcə GAU-da 20 mindən çox tələbə təhsil alır.  Universitet bu tələbatın və imicinin aktivliyi üçün hər addımını rəqabətə hesablayır. “Kadrlarımız gələcəyi ən azı 10 il qabaqlamalıdır” missiyasını əsas tutan universitet modern və dünyəvi təhsili ən yaxşı fürsətləri ilə tələbəyə ərmağan etmək üçün mütəmadi olaraq texnoloji yeniliklərlə ayaqlaşan layihələr hazırlayır. Yəqin “qarşılığı yüksək təhsil haqqıdır” deyənlər var əlbət. Ancaq hər yerdə olduğu kimi çalışqanlıq və bacarıqla təqaüd qazanaraq, universitetin şanslı tələbəsi olmaq mümkündür.   Tədris əsasən təcrübə üzərində qurulur  

Buna görə də GAU məzunları hansısa şirkətin qapısını döyəndə işəgötürənlərin “bizə təcrübə lazımdır” bəhanəsi qalmır. Universitetin ərazisinə daxil olan rəngarəng tələbə mühitini görüb özünü əsl multikultural məkanda hiss edir. Dünyanın 120-dən çox ölkəsinin vətəndaşının buraya axın etməsinin səbəbi keyfiyyətli təhsil və GAU-nun onlarla beynəlxalq akkreditasiyadan keçməsi, diplomunun dünyada nüfuzlu universitetlərə bərabər tutulmasıdır. Hər addımda qarşınıza peşəkar dəniz kapitanı, təyyarəçi, kompüter, elektrik və elektron, inşaat mühəndisləri, incəsənət nümayəndəsi, qida mütəxəssisi,  daha neçə-neçə ixtisasa tam hazırlıqlı tələbələr çıxa bilər.

 

 

 

GAU tələbələri ilə əməkdaşlıq edir

 

 

Qrupun universitetlə tanışlığına məsul şəxs olan GAU-nun Millətlərarası Departament direktoru Orxan Həsənoğlu hələ texnoparka çatmazdan əvvəl həyətdə turizm fakültəsinin tələbələri ilə ayaqüstü görüşdə onların çoxunun artıq əməkdaşları olduğunu bildirdi. Belə ki, bu fakültənin nəzdində iki beşulduzlu otel, onlarla restoran və kafe fəaliyyət göstərir.

 

Tələbələr burada təcrübə toplamaqla yanaşı, könüllü şəkildə işlə təmin olunurlar. Beləcə, həm cib xərcliyi, həm də təhsil haqlarının bir hissəsini qarşılamaq imkanı qazanırlar.

 

Daha bir maraqlı istehsal bölməsi isə baytarlıq fakültəsinə məxsusdur. Nəzarətində 10 minə yaxın arı qutusu olan bu bölmədə təhsil alan tələbələr təcrübəli mütəxəssis kimi yetişir. Heyvandarlıq və kənd təsərrüfatı fakültəsi  həm də öz məhsullarını istər universitet daxilində, istərsə də şəhərin müxtəlif yerlərində GAU-ya aid restoran və mağazalarda satışa çıxararaq büdcəyə əlavə gəlir gətirir.

 

 

Tələbələr universitetə məxsus təyyarə idarə edir

 

 

Bu şans aviasiya fakültəsinin tələbələrinə verilir. Təbii ki, qayda-qanunla tənzimlənən, YÖK tərəfindən əvvəldən müəyyən olunmuş uçuş saatlarında bu məsuliyyətli və həyəcanlı sınaqdan keçirlər.

 

 

 

 

 

 

Jurnalistika fakültəsinin tələbələri isə univerisitetin nəşrləri olan jurnal və qəzetlə yanaşı, bütün Kipr adasında yayıma çıxan GAU FM radiosu və GAU TV-də nəzəri bilik və peşə bacarıqlarını tam inkişaf etdirə bilərlər.

 

 

 

Təqaüd qazanmaq imkanları

 

 

Ən zəmanətli və tələbənin bütün sosial xərclərini qarşılayacaq təqaüdü Şimali Kipr Təhsil Nazirliyi verir. Əcnəbi vətəndaşlar üçün təyin edilən “burslar” hər ölkənin ŞKTR-la iqtisadi-sosial maraqlarına görə hesablanır. Özlərinin də dediyi kimi, ortaq qardaşlıq və türkçülük sevgimizə görə Azərbaycan gəncləri bu siyahıda üstünlüyü olanlar sırasındadır. Təqaüd bakalavr və magistratura pillələrinə aiddir. Tələbələr təqaüd üçün onlayn, yaxud öz ölkələrində ŞKTR-nın təmsilçi ofislərinə müraciət edə bilərlər. Doktorantura mərhələsi hər universitetin standartlarına və tələblərinə görə dəyişir.

 

 

Olimpiada qalibləri tam təqaüdlü tələbə adını qazana bilər

 

 

Ümumiyyətlə, Şimali Kipr universitetlərinə məxsus cəlbedici və təqdirəlayiq bir ənənə mövcuddur.

 

Hər hansı sahə - kimya, fizika, idman və sairə kimi fənlər üzrə beynəlxalq olimpiada qalibləri tam təqaüdlü tələbə adını əldə etmiş olur.

 

Digər halda universitetlər şəxsi maraqlarından asılı olaraq müəyyən şərtlərlə tam, yaxud güzəştli təqaüd ayırır. Məsələn, GAU ildə iki dəfə imtahan təşkil edərək istedadlı tələbələrə bu imkanı verir. Ancaq bu məbləğə yalnız təhsil haqqı daxildir. Yaşayış və digər sosial təminatı təhsilalan özü qarşılamalıdır.

 

 

İlin 10 ayını günəşli yaşayan ada

 

 

Təbii ki, təhsil arxasınca gələnlər üçün ölkənin təbiəti, coğrafi şəraiti, mədəniyyəti və iqtisadi inkişafı da əsas meyar sayılır. Bu özəlliyinə görə də Şimali Kipri seçənlər az deyil. Bura həm də mülayim hava, dəniz, tıxacsız yollar, stressiz dərs mühiti ilə tələbələrin rahatlıq tapdığı təhsil ölkəsi kimi sevilir./Azərbaycan müəllimi/

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...