“Çoxmillətli sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçı hazırlığı kursu" keçirilib
Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirlikləri arasında imzalanmış hərbi əməkdaşlıq planına əsasən Bakıda “Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı kursu” keçirilib.
Versus.Az dogrusoztv.az-a istinadən xəbər verir ki, Britaniya Hərbi Məsləhətçi Təlim Qrupu tərəfindən təşkil edilən praktiki məşğələlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları bilik və bacarıqlarını təkmilləşdiriblər.
Kursda iştirak etmiş hərbi qulluqçulara sertifikatlar təqdim olunub.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"