BDU Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə birgə araşdırma aparacaq

15:52 08-04-2019 | icon 805 | Təhsil
BDU Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə birgə araşdırma aparacaq

 

Versus.Az BDU-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, eyni zamanda, Təhsil fakültəsinin dekanı Ali Aksu Bakı Dövlət Universitetində olublar.

Görüşdə BDU-nun rektoru Elçin Babayev səfərin əlaqələrin daha da genişlənməsinə təkan olacağını vurğulayıb. Universitetin təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxaq əlaqələri ilə bağlı hədəflərini açıqlayan rektor müasir elmin tələblərinə uyğun olaraq, humanitar və təbiət elmləri sahəsində birgə araşdırmaların aparılması ilə bağlı fikrilərini bölüşüb

Görüşdə, eyni zamanda, magistratura və doktorantura səviyyələrində ikili diplom, tələbə-müəllim mübadiləsi, birgə proqram və qrantlar kimi məsələlər müzakirə edilib.
Professor Alim Yıldız qeyd edilən məsələlərin ikitərəfli əlaqələrin inkişafına təkan olacağını bildirib. O, Bakı Dövlət Universiteti ilə ERASMUS+KA107 proqramı çərçivəsində tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini, bu istiqamətdə əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu bildirib.


Qeyd edək ki, Bakı Dövlət Universiteti ilə Sivas Cümhuriyyət Universiteti arasında imzalanmış müqaviləyə əsasən, indiyədək BDU-nun beş bakalavr, iki magistrant, üç doktorantı və yeddi əməkdaşı Sivas Cümhuriyyət Universitetində, həmin ali təhsil müəssisəsindən isə iki bakalavr, iki magistrant və 13 əməkdaş BDU-da təcrübə mübadiləsində iştirak ediblər.
Hazırda Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin bir doktorantı Sivas Cümhuriyyət Universitetdə, həmin universitetin üç tələbəsi isə BDU-da təhsillərini davam etdirirlər. Filologiya, Sosial elmlər və psixologiya fakültələrində təcrübə keçən türkiyəli tələbələr görüşdə iştirak edərək layihə ilə fikirlərini bölüşüblər.
Qeyd edək ki, 1973-cü ildə Türkiyə Cümhuriyyətinin 50-ci ildönümi münasibətilə təsis edilən Sivas Cümhuriyyət Universiteti Greenmetric reytinqində 23-cü, Nature İndex sıralamasında isə Türkiyə üzrə 29 yerdə qərarlaşıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...