İranda fəlakət bölgəsində həyat davam edir

16:10 08-04-2019 | icon 424 | Dünya
İranda fəlakət bölgəsində həyat davam edir

Hidrometeoroloqların İranın Xuzistan vilayətində davamlı yağış yağacağı barədə xəbərdarlığından sonra yenidən daşqın olacağı ehtimalı irəli sürülüb.

Versus.Az xəbər verir ki, vilayətdən minlərlə ailə təxliyə edilərək təhlükəsiz yerlərə köçürülüb. Məsələ ilə əlaqədar İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli jurnalistlərə açıqlama verib. Nazir diqqətə çatdırıb ki, məqsəd, ilk növbədə, insan itkisinin qarşısını almaqdır. Çayların kənarında yerləşən 14 kəndin əhalisi köçürülüb. Artıq üç həftədir ki, yağışlar davam edir, bu da xilasetmə və bərpa işlərini yerinə yetirməyə mane olur. Yolların və körpülərin dağılması yardımların çatdırılmasını ləngidir.

Nazirin sözlərinə görə, 400 şəhər və kənd tamamilə suyun altında qalıb, 400 min insana ziyan dəyib, 2000 kənd ilə əlaqə tamamilə kəsilib. Lakin çətinliklərə baxmayaraq, hökumət lazımi tədbirləri həyata keçirir. Fəlakət bölgəsində isə çətin də olsa həyat davam edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI