"Tonoyan artıq tonunu da, sözlərini də dəyişməli olub"

17:14 08-04-2019 | icon 466 | Siyasət
"Tonoyan artıq tonunu da, sözlərini də dəyişməli olub"

Əlabbas Məhərrəmli: "Arzuolunandır ki, rəsmilərimizin hamısı Qarabağ münaqişəsi haqqında danışarkən qətiyyətli mövqe bildirsinlər"

 

“Xeyli vaxtdır, Azərbaycan diplomatiyasının hücum mövqeyində olmazının zəruriliyi haqda fikirlər, təkliflər səsləndirilirdi. Prezident İlham Əliyev diplomatiyamızın fəal olmasının vacibliyi haqda bir neçə dəfə öz mövqeyini ifadə edib. Ancaq bu fəallığı müəyyən dərəcədə ötən həftə görə bildik".

 

Bunu Versus.Az-a açıqlamasında siyasi ekspert Əlabbas Məhərrəmli deyib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun öncə erməni jurnalistlə ayaqüstü söhbətdə, daha sonra isə mətbuata müsahibəsində nəhayət, gözlədiyimiz davranışı sərgilədiyini deyən Əlabbas Məhərrəmli bunun səbəbsiz olmadığını vurğulayıb:

 

"Bildiyiniz kimi, Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni diasporu ilə görüşdə Azərbaycanı yeni müharibə ilə təhdid edərək, “yeni müharibə, yeni ərazilər” bəyanatını vermişdi. Lakin bundan sonra Azərbaycanın müdafiə naziri Zakir Həsənov dövlət televiziyasına müsahibəsində erməni həmkarl ilə İrəvanda görüşmək istədiyini bəyan edərək, ölkəmizin qəti mövqeyini ortaya qoydu. Baxın, Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin bu mesajlarından sonra Tonoyan artıq tonunu da, sözlərini də dəyişməli olub. O, son açıqlamasında sülhdən danışaraq, verdiyi “müharibə” bəyanatından geri çəkilib.

Çox arzuolunandır ki, Azərbaycan rəsmiləri Qarabağ münaqişəsi haqqında danışarkən məhz belə qətiyyətli mövqe bildirsinlər”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI