Şagirdin intihar etdiyi məktəbin direktoru işdən kənarlaşdırıldı

23:44 08-04-2019 | icon 384 | Cəmiyyət
Şagirdin intihar etdiyi məktəbin direktoru işdən kənarlaşdırıldı

Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

 

Xatırladaq ki, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş vermiş hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunduğu kimi Bakı Şəhər Prokurorluğunda müvafiq istintaq tədbirləri həyata keçirilir.

 

Aparılan istintaq tədbirləri nəticəsində hadisənin baş vermə səbəbləri tam aydınlaşdırılacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı