“Xalq Hərəkatında 3-cü dalğa olacaq və...” – MÜSAHİBƏ

09:31 09-04-2019 | icon 1474 | Siyasət
“Xalq Hərəkatında 3-cü dalğa olacaq və...” – MÜSAHİBƏ

Fuad Əliyev: “İclasda vaxtilə hökumətin müxalifət nümayəndələrinin üzünə durmaq üçün istifadə etdiyi adamlar iştirak edirdi”

 

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi

 

 

- Fuad bəy, bu gün ölkədə islahatlarla dolu maraqlı proseslər gedir və müxalif camiyə olaraq sizdə də Xalq Hərəkatı və digər birliklərdə toplaşmalar müşahidə olunur, müzakirələr aparılır və hər birindən də müəyyən mesajlar verilir. Buna baxmayaraq müxalifətin Xalq Hərəkatı və digər bu kimi qurumlarına cəmiyyətdən adekvat cavab verilmir. Bu duruma hazırkı ictimai-siyasi fondan yanaşsaq, siz vəziyyəti necə təhlil edərdiniz?

 

 

- Mən düşünmürəm ki, Xalq Hərəkatının fəaliyyəti cəmiyyətdə bu cür soyuqqanlılıqla qarşılanır. Əksinə, cəmiyyətin bu məsələyə yanaşmasında tamamilə fərqli yanaşmaları görürəm.  Cəmiyyətin öz probleminə münasibətində çox böyük fəallaşma müşahidə olunur. Bu, təkcə Xalq Hərəkatında, onun idarə heyəti ətrafında deyil, hər yerdə özünü göstərir. Artıq küçədə, ayrı-ayrı məclislərdə insanlar öz fikirlərini çəkinmədən deyirlər. Hansı ki, bu, 3-4 ay bundan qabaq müşahidə olunmurdu. Amma Xalq Hərəkatının yaranmasından sonra və təbii ki, burda “Azerfredom” və digər onlayn kanalların canlı efirləri də vətəndaşların aktivləşməsinə təkan verib.

 

“Məclis Xalq Hərəkatında ikinci dalğaya təkan verəcək”

 

- O zaman insanlarda Xalq Hərəkatına inamsız, etinasız yanaşmalarla bağlı təəssüratları yaradan səbəblər nə ola bilər?  Burda Xalq Hərəkatının fəaliyyəti ilə bağlı mediada təbliğatın az olması rol oynya bilərmi?

       

- Hardasa Xalq Hərəkatının fəaliyyəti geniş aspektə əhatə olunmasa da, bir neçə media orqanlarında işıqlandırılır. Canlı efirdə gedən rəyləri oxuyanda aktivliyin olduğu görünür.  Regionlara səfərlərdə də biz bu aktivliyi görürük. Ola bilər ki, hələ ki, kütləvi şəkildə hiss olunmur. Amma əsas müşahidə olunan odur ki, insanlar artıq söz deməyə, fikirlərini bildirməyə çəkinmirlər. Əgər 3-4 il bundan qabaq dövlət işində çalışanlar problemlər haqqında söz deməkdən qaçırdılarsa, çəkinirdilərsə, artıq bu gün onlar da bizə dəstək verən müxalifətyönlü fikirlər deməyə başlayıblar. Artıq bu proses başlayıb. Onu da qeyd edim ki, Xalq Hərəkatı Təşkilatı aprelin 27-də Məclis keçirməyi nəzərdə tutub. Fikirləşirəm ki, Məclis Xalq Hərəkatı ilə bağlı kütləviliyə təkan verəcək.

       

- Məclisin işi nəyə hesablanır?

       

- Bu, Xalq Hərəkatının ilk məclisi olacaq. Məlumdur ki, Xalq Hərəkatının regionlar üzrə nümayəndələri seçilib və bu proses davam edir. Məclisdə regionlar üzrə 200-dən çox nümayəndənin olmasını nəzərdə tutmuşuq. Bu, Xalq Hərəkatında ikinci dalğaya təkan verəcək.

       

- Nəyə əsasən hesab edirsiniz ki, ikinci dalğa baş tutacaq?

       

- Mütləq olacaq. Üçüncü dalğa da olacaq və daha əhatəli və təlatümü ilə diqqət çəkəcək. Biz Məclisdən sonra Xalq Hərəkatının mitinqini nəzərdə tutmuşuq. Məclisdən sonra mitinqlə bağlı müraciətlər olunacaq.

       

“Fuad Əliev Hərəkatdadırsa, mütləq siz də olmalısınız...”

 

- Fuad bəy, bilirik ki, görüləcək hər bir işdə xalqın bəslədiyi inam, etibar xüsusilə vacibdir. Düzdür, insanların yaşamından narazı qaldığı çox məqamlar var və onu da dilinə gətirir. Siz də Xalq Hərəkatı idarə heyətinin nümayəndələri olaraq toplaşır və xalqa müəyyən mesajlarınızı verirsiniz. Maraqlıdır, narazı olan o kəsimin sizə münasibətdə inamı, etimadı nə yerdədir. Böyük bir dalğanın yaranacağına inam varmı?

       

- Təbii ki, idarə heyətinin üzvləri, buna inanır. Dediyiniz kimi, birinci növbədə inam olmalıdır. İnsanlar regionlarda, rayonlarda dayaq təşkilatlarını yaradaraq, bizə Hərəkata qoşulmaq istədiklərini bildirirlər. Bu da siz dediyiniz, o inam, etibarla bağlıdır. Onlar bizə inanır, biz də onlara.

       

- Digər partiya üzvlərinin Xalq Hərəkatına qoşulması prosesi necədir. Yəni, tutaq ki, ALDP-nin bütün üzvləri lideri burda olduğuna görə təşkilata üzv olmağa məcburdur, yoxsa münasibətlər fərqlidir?

       

- Xalq Hərəkatı partiya yığıncağı deyil. Biz hərəkata fərdi şəkildə üzv olmuşuq və fərdi şəkildə də fəaliyyət göstəririk. Sözsüz ki, partiya üzvlərimiz öz seçimlərində sərbəstdirlər və demək olar ki, partiya üzvlərimiz həm də hərəkatın üzvləridir.  Biz demokratik prinsiplərə əsaslanan bir partiyayıq və heç kəsə “Fuad Əliev Hərəkatdadırsa, mütləq sən də olmalısan” kimi məcburiyyət qoymamışıq.

       

- Fuad bəy, bəllidir ki, bu Hərəkat yuxarıdan yaradılan bir təşkilatdır. Belə fikirlər də var ki, siyasi partiyaların yaratdığı təşkilat olduğu üçün bu Xalq Hərəkatı öz əsil effektini verməyəcək və daxildə narazılıq yaradacaq. Hesab olunur ki, aşağıdan yaranan, yəni xalqın etiraz dalğası ilə idarə heyəti formalaşsaydı burda daha ciddi nüanslardan danışmaq olardı. Bu barədə Sərdar Cəlaloğlu da bildirib. Bu mənada təşkilatın xalq hərəkatından çox, bir neçə partiyanın bir yerə yığışdığı siyasi təşkilat olması ilə bağlı fikirlərə münasibətiniz nə olacaq?

       

- Bu məsələ 3 ildən artıq idi ki, var idi. Ola bilər ki, burda təşəbbüskar İsgəndər Həmidovdur, amma bu, hamımızın istəyi ilə baş verib. Eləcə də “Azərifredom”un xalqın toparlanması ilə bağlı çağırışları da artıq yerlərdə insanların toplaşmasına təkan verib. Yəni dekabrın 25-də biz təşkilatın ilkin toplantısını keşirdik. Belə qərara gəldik ki, yerlərdə yaranan qurumları birləşdirməliyik. Yəni idarə heyətinin yaranmasına məhz rayonlarda, yerlərdə yaranan xalq hərəkatının özəkləri təkan olub. Burda proses aşağıdan başlamışdı, biz də sadəcə olaraq onu rəsmiləşdirdik və çalışdıq ki, hamımız bir yerdə olaq. 

       

- Xalq Hərəkatında təşkilatlanma işi nə yerdədir?

 

- Təşkilatlanma işləri çox yaxşı gedir. Artıq 3 ay ərzində 60-dan çox rayonda təşkilatın regional mərkəzləri formalaşıb. Məndə olan məlumata görə, rayonlarda olan iclaslar və aktivlik yüksək həddədir. 

       

- Bu yaxınlarda Xalq Hərəkatının daxilində fikir ayrılıqları, hətta bir-birinə qarşı təhqirli yanaşmaların göründüyü video-materialı da izlədik. Bunu nə ilə izah edərdiniz?

       

- Fikir ayrılığının olması mümkündür. Bu da onunla bağlı idi ki, İdarə Heyətində 20 nəfər təmsil olunsa da, onların əksəriyyəti fəal deyillər. Mən bu fikirlə razı deyiləm və hesab edirəm ki, idarə heyətinin hər bir üzvü fəaldır. Sözsüz ki, böyük güc İsgəndər bəyin üzərinə düşüb. O, Təşkilat Komitəsinin rəhbəridir və bu işdə daha çox aktivdir. Vətəndaşların əksəriyyəti də əsasən İsgəndər Həmidovun yanına gəlirlər. Bəlkə digər üzvlər də regionlarda keçirilən görüşlərdə iştirak etsələr, kənardan qeyri-aktiv olmaları ilə bağlı belə bir görüntü yaranmaz. Amma hamı fəaldır və kimin nə gücü varsa, bu işdə kömək edir. Sözsüz ki, fərqli fikirlər, mövqelər var. Amma ən əsası odur ki, bizi Xalq Hərəkatı birləşdirir. Bütün hallarda iclaslar etik normalardan kənara çıxmamalıdır və bunu qəbul etmirəm.

       

“Bu, hakimiyyətin təxribatı idi”

 

- Xalq Hərəkatının canlı yayımı zamanı biz Tural Abbaslının İsgəndər Həmidovu dağıdılıcıqda ittiham etdiyini eşitdik və dah sonra qeyri-etik sözlər və mübahisələr...

       

- Bilirsiz, bunlar emosional çıxışların nəticəsi idi. O, iclasda iştirak edən kənar şəxslərin doğurduğu qıcıq sayəsində baş vermişdi. Hesab edirik ki, bu, hakimiyyətin təxribatı idi. Bilirik ki, hakimiyyət Xalq Hərəkatını dağıtmaqda maraqlıdır. O iclasda vaxtilə hökumətin müxalifət nümayəndələrinin üzünə durmaq üçün istifadə etdiyi adamlar iştirak edirdi. Bu, sonra məlum oldu. Hakimiyyət belə adamları iclaslara göndərir və belə təxribatı yaradırlar. Sonuncu iclas ALDP-də keçirildi və biz belə məsələlərin baş verməməsi üçün iclasları qapalı keçirməyə qərar verdik. Son iclasda narazılıq yaradan nüanslara aydınlıq gətirdik. Hər halda, biz davam edirik və toplantılarımızı keçiririk.

       

- Vido-görüntü onu deməyə imkan yaratdı ki, təcrübəli qocaman silahdaşlar köhnə məsələlərin davasını apardı. Rəhim Qazıyev-İsgəndər Həmidov qarşıdurması və bunu görən insanların Xalq Hərəkatına münasibəti necə olacaq?

       

- Mən onun tərəfdarı idim ki, idarə heyətinin üzvlərindən başqa iclaslarda heç kəs iştirak etməsin. Digər tərəfdən elə məsələlər var ki, onu qapalı şəraitdə keçirmək lazımdır. Səsvermə oldu və mənim təklifim azlıqla təbul olunmad. Amma yenə də bildirirəm ki, Hərəkatın iclasına təxribat məqsədi ilə qatılanlar olub və həmin gün istəklərinə müəyyən qədər nail oldular.

       

- Hansısa xırda təxribata bu qədər biabırçı reaksiya verən siyasətçi düşünməyi də bacarmalıydı axı. Nizamlanmamış bu addım insanlarda belə bir sual yaratdı: “Bunlar xalqa rəhbərlik edib, onun qarşısında dayanmaq istəyir?”, “Bunlar xalqın adından danışır?”

       

- Yox, yenə təkrar edirəm ki, bu yanlış emossiyalarla baş verən hadisə idi. Təbii ki, qeyri-etik davranışları qəbul etmirəm. Amma eyni zamanda hesab edirəm ki, kənardan yersiz müdaxilələr olmasaydı, yəqin ki, əsəblər tarıma çəkilməzdi.   

 

- Xalq Hərəkatı beynəlxalq müstəvidə əlaqələrini və münasibətlərini necə qurur. Görüşdüyünüz səfirliklərin sizə reaksiyaları necədir?

 

- Biz 3 görüş keçirdik. Görüşlərdə ilkin olaraq Xalq Hərəkatının yaranması, onun fəaliyyəti ilə bağlı məlumat verdik. Demək olar ki, yaranan gündən Xalq Hərəkatının üzvlərinə qarşı həbslər, təzyiqlər olmasını, hədə-qorxu gəlməsini də danışdıq.

Səfirliklər daxili siyasətə qarışmırlar. Sadəcə, biz onlara istəklərimizi çatdırdıq. Biz onlara izah elədik ki, biz inqlabi yol deyil, demokratik yola üstünlük veririk. Hansı cəmiyyətdə yaşamaq istədiyimizi onlara demişik.

 

- Niyə AXC, Müsavat, Real partiyaları Xalq Hərəkatına qoşulmadı. Sizcə, bu qoşulmama müxalifətin bütövlüyünə, qüvvələrin bir araya gətirilməsinə zərbə ola bilərmi?

       

- Burda söhbət “qoşulma”, yaxud “qoşulmamadan” getmir. Biz Xalq Hərəkatını təsis edərkən Müsavat, Xalq Cəbhəsi və Real Partiyalarına müraciət etmişdik. Lakin AXCP belə hesab etdi ki, onlar Milli Şura çərçivəsində fəaliyyət göstərəcəklər. Müsavat da bildirdi ki, onların öz yolu var. Açığı, Realın münasibətini bilmirəm. Amma bizim hamımızın ümumi bir məqsədimiz var -   Hakimiyyətə təzyiqlər etməklə ölkədə demokratik seçkilərin keçirilməsinə nail olmaq və demokrartik yolla hakimiyətə gəlmək. Biz başqa yol görmürük. Ola bilər ki, siyasi təşkilatların fəaliyyətində gedişat fərqli olsun. Amma məqsəd eynidir. Nə biz onlara rəqibik, nə də onları özümüzə rəqib hesab etmirik.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”