Özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

10:08 09-04-2019 | icon 588 | İqtisadiyyat
Özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 7 may tarixində təşkil olunacaq.

 

Komitədən Versus.Az-a verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 26-sı kiçik dövlət müəssisə və obyekti, 16-sı qeyri-yaşayış sahəsi, 15-i nəqliyyat vasitəsi, 5-i isə yarımçıq tikilidir.

 

Dövlətə məxsus səhm paketləri hərraca çıxarılan səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ağcabədi, Ucar, Tovuz və digər bölgələrdə yerləşən dövlət əmlaklarının özəlləşdiriləcək səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir.

 

Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 12.2 kv.m ilə 11.2 min kv.m arasındadır. Bu dövlət əmlakları paytaxtla yanaşı, Neftçala, Qazax, İmişli, Zaqatala kimi şəhər və rayonlarda yerləşir. Müəssisələr fəaliyyət istiqamətlərinə görə də müxtəlifdir. Belə ki, onlar arasında ticarət obyekti, yardımçı təsərrüfat, anbar, əmlak kompleksi və digər dövlət əmlakları var. Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsindəki qeyri-yaşayış binasının ümumi faydalı sahəsi 87.4 kv.m-dir. İlkin hərrac qiyməti 11 min 250 manat olan bu obyekt müxtəlif xidmət sahələri üzrə investora gəlir qazandıra bilər.

 

Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən isə 7-si paytaxtda, 4-ü Sumqayıtda, 2-si Gəncədə, digərləri isə Bərdə, Daşkəsən və Ağdaşda yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 5.8 kv.m ilə 52.7 kv.m arasındadır. Qeyri-yaşayış sahələrindən biri Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindədir. Obyektin ümumi faydalı sahəsi 47.9 kv.m-dir.

 

Nəqliyyat vasitələrinin hərracında iştirak etmək istəyən şəxslər buraxılış tarixi 1986-2008 olan "Fiat", "UAZ", "QAZ" və digər markalardan olan avtomobillər üzrə seçim edə bilər. Bu kateqoriyadan olan dövlət əmlaklarının ilkin hərrac qiyməti 2 min manat ilə 7 min manat arasındadır.

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür