"Büdcəni mənimsəyənlər qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər"

13:14 09-04-2019 | icon 317 | Siyasət
"Büdcəni mənimsəyənlər qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər"

Hesablama Palatası işini elə səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumların ayrılan vəsaiti mənimsəməsinə imkan verilməsin. Dəfələrlə Milli Məclisdə mənimsənilən vəsaitlərin geri qaytarılması ilə bağlı məsələ müzakirə olunsa da, bu cür hallara hələ də son qoyulmur.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentinin bu gün keçirilən iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.

 O bildirib ki, dövlət büdcəsinə neqativ yanaşmaların qarşısının alınması barədə düşünmək lazımdır:
"Bir sıra sahələr üzrə nöqsanlar göstərilsə də, çıxarılan nəticə o qədər də ürəkaçan deyil".
 

F.Ağamalı qeyd edib ki, Bakı şəhərində mənzil istismar sahələri, eləcə də yaşıllaşdırma idarələri tərəfindən vəsait büdcəyə geri qaytarılıb. Amma nədənsə onların rəhbərlərinə irad bildirilməyib:

"Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında mətbuatda geniş materiallar yayılır? Hesab edirəm ki, bütün bunlar qabaqcadan araşdırılmalı, hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyənlər qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı