"Əlaqələr dövlətlərin maraqları çərçivəsində daha da inkşaf edir"

11:30 01-06-2023 | icon 892 | Siyasət
"Əlaqələr dövlətlərin maraqları çərçivəsində daha da inkşaf edir"

Ramil Hüseynov: “Azərbaycan tolerant ölkə olaraq daim öz siyasi mədəniyyətini önə çəkib”


“Azərbaycan-İsrail əlaqələrinin tarixi kökləri var. Biz o cümlədən Qarabağ müharibəsində İsrail dövlətinin Azərbaycanın mövqeyini dəstəkləməsini və ədalətli bir mübarizənin yanında olduğunu unutmadıq”.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov İsrail prezidenti İsxak Hersoqun Azərbycana səfəri müstəvisində açıqlamasında bildirib.

 

R.Hüseynov Azərbaycanda 16000 yəhudi vətəndşımızın olduğunu qeyd edərək, ümumilikdə Azərbaycanın tolerant ölkə olaraq daim öz siyasi mədəniyyətini numayiş etdirdiyini önə çəkib. Onun sözlərinə görə, son dövrlər bu əlaqələrin daha da genişləndirilməsi və əhatəli olması iki ölkə arasında dövlətlərin maraqları çərçivəsində daha da inkşaf edir:

 

“İsraildə Azərbaycan səfirliyinin açılması bu münasibətlər sisteminin inkşafına təkan verən amildir. İsrail prezidenti cənab İsxak Hersoqun Azərbaycan haqqında dediyi xoş sözlər isə Azərbaycan dövlətinin regionda önəmli bir ölkəyə çevrilməsindən xəbər verir. İsrail Prezidentinin Azərbaycana səfəri gələcəkdə iki ölkə arasında əlaqələrin inkişafına, o cümlədən regiona da öz musbət təsirini göstərəcək”.

 

R.Hüseynov eyni zamanda bildirib ki, təbii ki, iki ölkə arasındakı münasibətlər qarşılıqlı səmimiyyət çərçivəsində olmalıdır. O cümlədən Azərbaycan dost bildiyi ölkələrlə münasibətini etimad və səmimiyyət üzərində qurur və bu da dövlətin milli maraqları çərçivəsində aparılır.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şəhidlərimizə borcumuz əbədidir”

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Xalqın inamını fəth edən liderə TƏBRİK

Prezidentlərin Naxçıvan görüşündə diqqət çəkən MƏQAMLAR

İraq türkləri də çox böyük üzüntü içərisindədir

Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK

Ermənistana verilən LİMİT BİTDİ

"Fibromialgiyaya qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir"

Biz kimik, öz dəyərimizi bilirikmi?

Bərdədə yaşayış binasında PARTLAYIŞ

Liderlərin İspaniya görüşü nəyə şahidlik edəcək?

“Haber Global” Qənirə Paşayevanın dəfnindən süjet hazırladı

Xocavənddə erməni terrorçunun abidəsi də belə getdi

Antiterror tədbirləri zamanı şəhid olan zabit, gizir, çavuş və əsgərlərin SAYI

erməni sakinlər üçün növbəti yanacaq göndərilib