Qalaaltı hələ də susuzdur – FƏRYAD

18:27 19-08-2017 | icon 545 | Sosial
Qalaaltı hələ də susuzdur – FƏRYAD

Bələdiyyə ilə icra nümayəndəliyi isə 3-4 maşın su ilə problemi malalayır

 Versus.Az bir müddət öncə Siyəzən rayon Qalaaltı kənd sakinlərinin su problemi yaşamaları və yayın istisində acınacaqlı vəziyyətə düşmələrindən xəbər vermişdi. Camaatın hətta maşınla da olsa kəndə su verilməsinə razı olduqlarını nəzərə alan Məşrif kənd bələdiyyəsi və Siyəzən rayon icra nümayəndəliyi öz aralarında məsləhətləşmələr etdikdən sonra nəhayət kəndə su maşını gətiriblər. Amma…

Sonrakı proseslərdən belə anlaşılıb ki, hər iki rəhbərlik camaatı susdurmaq, onları indi də bu yolla sakitləşdirmək istəyirlər. Halbu ki bələdiyyə sədri özü redaksiyamıza açıqlamasında bildirmişdi ki, su xətti bərpa edilənədək kənd camaatının su təlabatı müvəqqəti olaraq maşınlarla su daşınaraq ödənəcək.

Aradan 15-20 gün vaxt keçib. Bu müddət ərzində kənd camaatı ilə əlaqə saxladıq və fasilələrlə su verildiyini öyrəndik. Nəhayətdə hesablamalarımıza görə bu müddət ərzində 4-5 gündən bir su maşını gətirilməklə ümumilikdə 4 dəfə kəndə su verilib. Üstəlik su xəttinin bərpası yönündə də irəliləyiş yoxdur.

Görünür, Siyəzən rayon icra başçısı prezidentin məmurlara ünvanlanan çıxışlarını dinləyərkən iclasda mürgü döydüyündən eşidə bilməyib, yaxud eşitmək istəmir. Və çox güman ki, bələdiyyə sədri də ona arxayınlıq baxımından kənd camaatının narazılığını eşitməzdən gəlir. Hər halda, Qalaaltından prezidentdən tutmuş, aidiyyəti orqanlaradək ünvanlanan məktublara yaxın zamanlarda gələn cavablardan susuz qalan camaatın sonrakı addımları nə olacaq, bilinəcək.

Hələlik isə susuz Qalaaltı camaatı yenə əllərində boş su qabları ilə səbrlə gözləyirlər.

Mövzunu diqqətdə saxlıyacağıq.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol