Könül Vaqifqızı: “Nor­mal psi­xo­loq xəs­tə­yə hü­cu­ma keç­məz”

16:29 18-08-2017 | icon 1203 | Sağlamlıq
Könül Vaqifqızı: “Nor­mal psi­xo­loq xəs­tə­yə hü­cu­ma keç­məz”

Hər bir in­sa­nın hə­ya­tı­nın müx­tə­lif mər­hə­lə­lə­rin­də psi­xo­lo­qa eh­ti­ya­cı ola bi­lər. Bu tə­bii hal­dır. Bə­zən içi­miz­də baş ve­rən tə­la­tüm­lə­rin sə­bə­bi bi­zim üçün an­la­şıl­maz olan­da inan­dı­ğı­mız psi­xo­lo­qa ya­xın­la­şır, onun­la bö­lü­şür, məs­lə­hət alı­rıq. Bu gün Azər­bay­can­da adı­nı psi­xo­loq qo­yan­lar, ser­ti­fi­kat alıb bu sa­hə ilə məş­ğul olan­lar çox­dur. Am­ma on­la­rın heç də ha­mı­sı psi­xo­loq kri­te­ri­ya­la­rı­na ca­vab ver­mir. Bu­nu çox­la­rı­mız hiss edir, hət­ta bu­na gö­rə mə­yus da ola bi­li­rik.

Son za­man­lar so­si­al şə­bə­kə­nin ver­di­yi im­kan­lar, in­ter­ne­tin ya­rat­dı­ğı şə­ra­it nə­ti­cə­sin­də müx­tə­lif adam­la­rın in­san­la­ra psi­xo­loq xid­mə­ti gös­tər­mək is­tək­lə­ri­ni or­ta­ya qo­yur. Ma­raq­lı­dır, in­san özün­də heç bir psi­xo­lo­ji gər­gin­lik hiss et­mə­di­yi hal­da, heç kə­sin ta­nı­ma­dı­ğı bir adam çı­xıb de­yir ki, mən psi­xo­lo­qam və sə­nin də psi­xo­lo­qa eh­ti­ya­cın var, gəl, mə­nim se­ans­la­rı­ma ya­zıl. Psi­xo­lo­ji sar­sın­tı ya­şa­ma­yan, özü­nü mü­əy­yən qə­dər xoş­bəxt sa­yan in­sa­na psi­xo­loq ad­la­nan ada­mın psi­xo­lo­ji hü­cu­mu qə­bu­le­di­lən de­yil. Hə­kim heç vaxt xəs­tə­nin üzü­nə de­mə­mə­li­dir ki, sə­nin cid­di xəs­tə­li­yin var. Bə­zi psi­xo­loq­lar so­si­al şə­bə­kə­nin ona ver­di­yi im­kan­lar­dan is­ti­fa­də edə­rək mü­əy­yən so­si­al şə­bə­kə is­ti­fa­də­çi­lə­ri­nə ya­zır­lar ki, si­zin şək­li­ni­zi gör­düm və çox bəd­bəxt ol­du­ğu­nu­zu, psi­xo­lo­ji sar­sın­tı ya­şa­dı­ğı­nı­zı hiss et­dim, gə­lin si­zi bu hal­dan çı­xa­rım. Bu hə­qi­qə­tən də so­si­al şə­bə­kə is­ti­fa­də­çi­sin­də cid­di na­ra­hat­lıq, həm də qar­şı tə­rə­fə bir ik­rah his­si ya­ra­dır. Bə­zi­lə­ri­nə elə gə­lir ki, əli­nə psi­xo­loq ol­ma­sı­na da­ir ser­ti­fi­kat alır­sa, bu tək­li­fi ta­nı­ma­dı­ğı, da­xi­li­nə bə­ləd ol­ma­dı­ğı ada­ma edə bi­lər. Hal­bu­ki, hər şey etik çər­çi­və­də ol­ma­lı­dır. Hət­ta psi­xo­loq hiss et­sə ki, ki­min­sə psi­xo­lo­ji prob­le­mi var, ona da­ha həs­sas ya­naş­ma­lı və onun­la bir dost ki­mi da­nış­ma­lı, din­lə­mə­li­dir. Yox­sa ba­rə­sin­də iy­nə­nin ucu boy­da da ol­sa mə­lu­ma­tı ol­ma­yan ada­ma “sə­nin psi­xo­lo­ji prob­le­min var” de­mək, o ada­mın ürə­yi­nə xof sal­maq, yax­şı hal de­yil. Bu, in­sa­na şüu­ral­tı psi­xo­lo­ji təz­yiq­dir.

Bu gün­lər­də re­dak­si­ya­mı­zın ya­xın dost­la­rın­dan olan bir xa­nım bu hal­la qar­şı­la­şıb. O bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, “Fa­ce­bo­ok”da dost­lu­ğu­na qə­bul et­di­yi və özü­nün üzün­dən psi­xo­lo­ji prob­lem ya­ğan bir xa­nım ona me­saj ya­za­raq “sə­nin bö­yük prob­lem­lə­rin var, üzün­də xoş­bəxt­lik gör­mü­rəm, gə­lin fi­lan ye­rə, mən si­zi bu prob­lem­dən xi­las edim” – de­yib. Xa­nım dos­tu­mu­zun söz­lə­ri­nə gö­rə, o, “psi­xo­loq”a “mə­nim heç bir prob­le­mim yox­dur, ola bi­lər ki, si­zin gör­dü­yü­nüz fo­to yor­ğun an­la­rım­da çə­ki­lib. Am­ma mə­nim hə­ya­tım­da hər şey qay­da­sın­da­dır və psi­xo­lo­qa eh­ti­ya­cım yox­dur” – ca­va­bı­nı ve­rib. La­kin bu onu qa­ne et­mə­yib, ye­nə də xa­nı­ma öz xid­mə­ti­ni tək­lif edib.

Tə­əs­süf ki, bu hal ge­niş ya­yı­lıb. Bu da in­san­la­rın əh­va­lı­na, hə­ya­tı­na mən­fi tə­sir gös­tə­rir.

Psi­xo­loq Kö­nül Va­qif­qı­zı “Bakı Xəbər”lə söh­bə­tin­də bil­dir­di ki, bu hal var və bə­zən onun özü də so­si­al şə­bə­kə­də be­lə hal­lar­la rast­la­şır:

“Tə­əs­süf ki, in­di bə­zi­lə­ri müx­tə­lif yol­lar­la ser­ti­fi­kat­lar alıb öz­lə­ri­ni psi­xo­loq ki­mi təq­dim edir­lər. On­la­rın müx­tə­lif so­si­al şə­bə­kə­lər­də xü­su­si sə­hi­fə­lə­ri var, öz­lə­ri­ni ge­niş şə­kil­də rek­lam edir­lər. İn­di be­lə­lə­ri çox­dur. On­lar o adam­lar­dır ki, ba­ca­rı­ğı yox­dur, sa­va­dı çox aşa­ğı sə­viy­yə­də­dir, bu yol­la öz­lə­ri­nə “müş­tə­ri” top­la­yır­lar. Rek­lam­la­rı­nı o şə­kil­də qu­rur­lar ki, gu­ya bun­la­rın ya­nı­na gə­lən adam­la­rın sa­yı çox­dur. Əs­lin­də isə on­lar bəl­kə də ay­da iki-üç adam­la iş­lə­mir­lər. Bu hal tə­əs­süf ki, özü­nü uşaq psi­xo­lo­qu ad­lan­dı­ran­lar­la da bağ­lı­dır. Bə­zi­lə­ri gö­rür ki, bö­yük­lə­ri to­ra sa­la bil­mir, baş­la­yır va­li­deyn­lə­rə tə­sir et­mə­yə ki, si­zin uşaq­da əl və göz kor­rek­si­ya­sı in­ki­şaf et­mə­yib, uşa­ğı­nı­zın diq­qə­ti yay­ğın­dır. Va­li­deyn də hə­yə­ca­na dü­şüb uşa­ğı­nı hə­min ada­mın ya­nı­na apa­rır. Bu ol­duq­ca mən­fi bir hal­dır. Va­li­deyn­lər uşaq­la­rı­nı hər özü­nü psi­xo­loq ad­lan­dı­ran ada­mın ya­nı­na apar­ma­sın­lar. Rek­la­mı ol­maq heç də o ada­mın pe­şə­kar ol­ma­sı de­mək de­yil. Hət­ta bu ya­xın­lar­da ya­xın bir ta­nı­şım uşa­ğı na­dinc, ər­kö­yün ol­du­ğu üçün, tə­sa­dü­fən onu ev­lə­ri­nin ya­nın­da yer­lə­şən bir “Uşaq Psi­xo­lo­ji Mər­kə­zi”nə apa­rıb ki, bəl­kə psi­xo­loq uşaq­la da­nı­şıb onu yö­nəl­də. İna­nın ki, xa­nım qə­bu­la gi­rən ki­mi ona pul ödət­di­rib­lər, son­ra da “psi­xo­loq” uşaq­la həs­sas dav­ran­maq əvə­zi­nə, ona qış­qı­rıb, hət­ta hə­də­lə­yib də. Uşaq ağ­la­yan­da qa­dın uşa­ğı onun ya­nın­dan gö­tü­rüb evə gə­ti­rib. Be­lə psi­xo­loq olar? Psi­xo­loq uşaq­lar­la xü­su­si da­nış­ma­lı, onun­la dost ol­ma­lı, onu ma­raq­lan­dır­ma­lı, prob­le­mi­ni üzə çı­xar­maq üçün həs­sas­lıq­la, onun hiss­lə­ri­nə to­xun­ma­dan söh­bət et­mə­li­dir. Psi­xo­loq in­san­la­ra psi­xo­lo­ji hü­cum et­mə­li de­yil. Tə­əs­süf ki, bu hal­la rast­la­şı­rıq”.

So­si­al şə­bə­kə üzə­rin­dən so­si­al şə­bə­kə is­ti­fa­də­çi­lə­ri­ni na­ra­hat edən bə­zi psi­xo­loq­la­rın özü­nün gər­gin­lik ya­şa­dı­ğı­nı de­yən K.Va­qif­qı­zı he­sab edir ki, bu cür adam­la­rı blok et­mək la­zım­dır:

“So­si­al şə­bə­kə va­si­tə­si­lə han­sı­sa hə­kim me­saj ya­zıb sə­ni müa­li­cə­yə də­vət edir­sə, ya­xud “sə­nin fi­lan xəs­tə­li­yin var” de­yib xof­lan­dır­maq məq­sə­di gü­dür­sə, o adam­dan uzaq­laş­maq la­zım­dır. Nor­mal hə­kim, nor­mal psi­xo­loq xəs­tə­yə hü­cu­ma keç­məz, ya­xud müa­li­cə tək­lif et­məz. Xəs­tə­lər be­lə tək­lif­lə­rə uy­ma­sın­lar. Ümu­miy­yət­lə, bu cür tək­lif­lə­rə həs­sas ya­naş­maq la­zım­dır. Axı on­la­rın ço­xu­nun heç sa­va­dı yox­dur. Sa­vad­lı in­san in­sa­nı heç nə­yə təh­rik et­mə­mə­li­dir. Bu qey­ri-nor­mal­dır”.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı