"World Harmony" müsabiqəsinin qala-konserti olub

09:48 10-04-2019 | icon 413 | Mədəniyyət
"World Harmony" müsabiqəsinin qala-konserti olub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyət Nazirliyinin, MDB-yə üzv dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təşkilati dəstəyi ilə keçirilən "World Harmony" müsabiqəsinin qala-konserti olub.

 

Versus.Az xəbər verir ki, tamaşaçılar əvvəlcə Mərkəzi İncəsənət Məktəbinin "Alov" xoreoqrafiya ansamblınının maraqlı çıxışına baxıblar.

Sonra çıxış edən Mədəniyyət Nazirliyinin elm və tədqiqat sektorunun müdiri Vüqar Baxışov tamaşaçılaın diqqətinə çatdırıb ki, müsabiqənin əsas məqsədi gənc istedadların - vokalçıların, musiqiçilərin və rəqqasların üzə çıxarılmasıdır. O, bütün finalçıları təbrik edib, onlara gələcək yaradıcılıq uğurları arzulayıb. Qeyd olunub ki, müsabiqə Azərbaycan, Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna, Macarıstan və Litvadan beş yaş kateqoriyası üzrə 346 ifaçı, altı xor kollektivi, iki rəqs qrupu və 19 ansamblın iştirakı ilə keçirilib.

 

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Onlara diplomlar və pul mükafatları təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin