Məşğulluq orqanları əməkdaşlarının potensialları artırılır

09:53 10-04-2019 | icon 359 | Cəmiyyət
Məşğulluq orqanları əməkdaşlarının potensialları artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Göyçay Regional Peşə Tədris Mərkəzində Xidmətin əməkdaşları üçün Litva və Avstriyadan dəvət olunmuş mütəxəssislər tərəfindən təlimlərə başlanılıb.

 

ƏƏSMN-dən Versus.Az-a verilən məlumata görə, “Dövlət Məşğulluq Xidmətinin modernləşdirilməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində ilk dəfə keçirilən və iki mərhələdən ibarət olacaq təlimlərə rayon (şəhər) Məşğulluq Mərkəzlərindən 33 əməkdaş cəlb olunub. Məqsəd Xidmətin əməkdaşlarının potensiallarının artırılması, bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, həmçinin məşğulluq xidmətləri sahəsində müasir bilik və bacarıqlar üzrə yerli təlimçilərin hazırlanmasıdır.

 

Mayın 31-dək davam edəcək təlimlərin sonunda iştirakçılara “İştirakçı sertifikatı” və “Təlimçilərin təlimi” sertifikatı təqdim olunacaq.

 

Qeyd olunan tvinninq layihəsinin məqsədi Dövlət Məşğulluq Xidmətinin institusional potensialının və fəaliyyət mexanizminin Avropa Birliyinin qabaqcıl təcrübəsi, müasir yanaşmalar əsasında təkmilləşdirilməsidir.

 

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür