“Özlərini keçmiş daxili işlər nazirinin “işçi”ləri kimi aparan qrup”

11:03 10-04-2019 | icon 508 | Siyasət
“Özlərini keçmiş daxili işlər nazirinin “işçi”ləri kimi aparan qrup”

“Mən bundan əvvəl də demişdim, indi də deyirəm növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda qərar verilən gün Azərbaycan Xalq Hərəkatında parçalanma baş verəcək”.

 

Bunu Versus.Az-a siyasi ekspert Əlabbas Məhərrəmli bu gün Xalq Hərəkatında baş verən ziddiyyətləri və kökündə dayanan səbəbləri açıqlayarkən bildirib.

Ekspert bildirib ki, növbədənkənar seçkilər hələ təyin olunamasa da, bu istiqamətdə müzakirələr davam etməkdədir. Hərəkatda yaranan və dərinləşən ziddiyyətlərin kökündə də həmin müzakirələr dayanır:

 

“Diqqət edin, Hərəkatın bir qütbündə seçkilərdə iştiraka meylli olan, özünü, partiyasını Milli Məclisdə görən təşkilat və siyasətçilər, digər qütbündə isə özlərini keçmiş daxili işlər naziri İsgəndər Həmidovun “işçi”ləri kimi aparan qrup var. O qrupdakılar danışanda da bütün nəzərləri Həmidovun üzündə olur.

Ona görə də, hesab edirəm ki, Hərəkatın parçalanmasının rəsmiləşməsi zaman məsələsidir. Hər kəs görür ki, Hərəkatın daxilində çox az sayda müstəqil fiqur var, qalanları yalnız icraçılardır.

Onların arasında elə partiya sədrləri var ki, yuxudan oyatsan, öz partiyasının adını da xatırlamayacaq. Amma danışanda elə iddialı olurlar ki, sanki ildə iki dəfə qurultay keçirirlər”.

 

SEVDA
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı