Magistr olmaq istəyənlər üçün
Dövlət İmtahan Mərkəzinin rəsmi saytında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının tarixləri ilə yanaşı,magistratura imtahanlarının da təqvimi yerləşdirilib.
Versus.Az DİM-in rəsmi saytına istinadən,ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına tələbə qəbulu üzrə təqvimi təqdim edir:
Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı 16 - 25 aprel;
Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı 1 - 3 may;
Proqram seçimi 26 aprel - 7 may;
İmtahana buraxılış vərəqəsinin çap edilməsi 20 - 25 may;
Qəbul imtahanı, 2-ci mərhələ 26 may;
68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı 29 - 31 may;
İxtisaslaşma seçimi 7 - 18 iyun;
Bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 27 iyun – 10 iyul;
Boş qalan yerlərə ixtisas seçimi 23 - 30 iyul;
Boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 15 - 23 avqust.
Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanlarının I mərhələsi 24 fevralda keçirilib.
YELMAR
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...