"Pyotr Poroşenkonun yenidən prezident seçilmək şansı daha çoxdur"

12:45 10-04-2019 | icon 463 | Dünya
"Pyotr Poroşenkonun yenidən prezident seçilmək şansı daha çoxdur"

"Ukraynada prezident seçkilərinin aprelin 21-də keçiriləcək.

II turunda namizədlərdən hazırki dövlət başçısı Pyotr Poroşenkonun yenidən prezident seçilmək şansı daha çoxdur".

Versus.Az milli.az-a istinadla bildirir ki, bu fikirləri "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov deyib.

 

Ekspertin fikrincə, Ukraynada prezident seçkilərində yumorist, şoumen Vladimir Zelenskinin ilk turda hazırkı dövlət başçısı Pyotr Poroşenkodan daha çox səs toplaması onun 2-ci turda da qalib gələcəyini deməyə əsas vermir:  

"Rusiya ümid edirdi ki, Poroşenko seçkilərin 2-ci turuna keçməyəcək. Çünki bu şəxs tam Rusiyaya qarşı siyasət yürüdür. Lakin Poroşenko əlində olan dövlət resurslarından, mətbuatın imkanlarından istifadə edərək Yuliya Timoşenkonu qabaqlayaraq ikinci tura keçə bildi. Ehtimal var ki, o, yenidən prezident seçilsin. Çünki Zelenskinin yumorlu siyasəti Ukraynada bəzi dairələrdə normal qəbul edilmir. Bundan əlavə, orada milli məsələlər də var. Belə ki, milliyyətcə ukraynalı olmayanın Ukrayna prezidenti seçilməsi çətin məsələdir. Ona görə də hesab edirəm ki, Pyotr Poroşenkonun yenidən prezident seçilmək şansı daha çoxdur. Onun ikinci tura keçə bilməmiş digər namizədlərlə, xüsusən Yuliya Timoşenko ilə koalisiyaya gedəcəyi də istisna deyil. Lakin orda əsas və həlledici rol oynaya bilən məsələ onun əlindəki dövlət resurslarıdır. Bundan başqa, Rusiyaya qarşı olduğu üçün o, Qərb tərəfdən də ciddi şəkildə dəstək alır".

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ilk turunda hamıdan çox səs totplamış Vladimir Zelenski Krivoy Roq şəhərində doğulub və yəhudi əsillidir.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür