"Messiyə yazıram, cavab vermir"

14:52 10-04-2019 | icon 595 | Maraqlı
 "Messiyə yazıram, cavab vermir"

Dünya futbolunda ulduz oyunçuların başında Argentina millisinin və İspaniyanın "Barselona" klubunun üzvü Lionel Messi gəlir. Sırf ona azarkeşlik edənlərin sayı dünyada milyonlarladır.

Həmin azarkeşlərin çoxu özünü ona oxşatmağa çalışır. Bəziləri, doğrudan da, görkəminə görə Messiyə oxşayır. Bunlardan biri də Röyal Ağamalıyevdir.

Versus.Az oxu.az-a istinadən Lionel Messiyə oxşarlığı ilə seçilən Röyal Ağamalıyevlə müsahibəni təqdim edir.

- Özünüzü təqdim edərdiniz...

- 30 yaşım var. Bakıda anadan olmuşam. Əslim Şəkidəndir. Sürücü işləyirəm.

- Bu əhvalat necə başladı? Sizi birinci kim Messiyə oxşatdı?

- Heç kimin deməyinə ehtiyac qalmadı. Artıq özüm güzgüyə baxanda bilirdim ki, Messi ilə oxşarlığım var. Kənardakı adamların da mənim barəmdə danışdığını görürdüm. Bilirdim ki, Messiyə oxşamağımdan danışırlar.

- Messi əvvəllər saqqal saxlamırdı. O, saqqal saxladıqdan sonra siz də buna başladınız?

- Bəli.

- Üzünüzü qırxdıqdan sonra da Messiyə oxşarlığınız qalır?

- Bəli, yenə də oxşayıram. Uşaq olanda "çeçenka" saç saxlayırdım. Elə onda da oxşayırdım. Sadəcə, həmin şəkillər yoxdur deyə, sizə göstərə bilmirəm.

- Messi artıq saqqalını yenidən qırxmağa başlayıb. Siz də qırxacaqsınız?

- Yox.

- Sizin kumirinizdirsə, onun hərəkətlərini təkrarlamalı deyilsiniz?

- O, saçını saraldır, amma mən etmirəm. Bu, saçımın təbii rəngidir. Bəzi şeylər var ki, onları təkrarlamıram.

- Amma saqqalınızı saraltmısınız...

- Bəli, bir az...

- "Instagram" profilinizdə 3500-ə yaxın izləyiciniz var...

- Bu profili açmaqda da məqsədim olub. Fikirləşdim ki, Barselonada, Tehranda Messi varsa, niyə bizdə də olmasın?!

 

- İrandakı Rza Parasteşdən sonra daha çox belə profil açmaq niyyətinə düşdünüz?

- Bəli. O belə edib İranın adını dünya mətbuatında hallandırdı. Rza belə edibsə, niyə də mən Azərbaycanın adını dünyaya bu yolla tanıtmayım?! Əsl məqsədim Azərbaycanı tanıtmaq olub. İnşallah, bu məqsədimə nail olaram.

- Xarici KİV hələlik sizin haqda məlumatsızdır. Bunun üçün xaricə səyahət etməyi düşünürsünüzmü?

- Özümə əminəm ki, xaricə getsəm, mənimlə şəkil çəkdirənlər çox olacaq. Belə olsa, mənim oxşarlığım Messiyə gedib çatacaq. Mənim xaricə çıxmağım lazımdır.

- Bildiyimizə görə, Messinin şəxsi profilinə özünüzü tanıtmaq üçün ismarıclar göndərirsiniz...

- Çox deməzdim. Amma iki şəklimi onun "Instagram" profilində "direct"ə göndərmişəm, altına da "hello" yazmışam. Amma o da baxmır. Bununla belə, onu qınamıram, ulduz futbolçudur. O, telefonu açır, şəxsi mesajlar bir milyon dənədir. Bu səbəbdən onu qınamıram. Ola bilər ki, heç özü işlətmir.

- Bəlkə, bunun üçün başqa yollara əl atasınız. Məsələn, ispan dilində yaza bilərsiniz...

- Sağ olsun, dost-tanışlarım mənə bu məsələdə kömək edir. Onlar Messinin paylaşdığı şəkillərin altından mənim profilimi tag edirlər. Ümid edirəm ki, bunlara nə vaxtsa baxar.

- Görürsən ki, fanatlar futbolçuya görə kluba azarkeşlik edir. Məsələn, Kriştianu Ronalduya görə "Real"ı atıb "Yuventus"a azarkeşlik edənlər oldu. Siz əvvəldən "Barselona"ya azarkeşlik etmisiniz?

- Elə əvvəldən mən "Barselona" azarkeşi olmuşam. Messi karyerasını bitirsə belə, "Barselona"lı olaraq qalacağam. Mənə bu barədə çox sual veriblər. Səhv etmirəmsə, Messi sonadək "Barselona"da qalacaq.

- İran bizə qonşu ölkədir. Bəlkə, elə Rzanın özü ilə görüşəsiniz. Onun da "Instagram"da 580 min izləyici kütləsi var. Bəlkə, onunla görüşsəniz, Messinin qulağına bu daha tez çatar. Yeri gəlmişkən, sanki ondan daha çox siz Messiyə oxşayırsınız...  

- Mənə də çoxları deyir ki, Messiyə iranlıdan daha çox oxşayıram. Amma iranlı ilə görüşmək istəmirəm. Yalnız Messi ilə görüşmək istəyirəm.

- Özünüz futbolu necə oynayırsınız?

- Orta səviyyədə oynayıram. Çünki peşəkar deyiləm, futbola getməmişəm. Futbola çağırırlar, gedib o komandada oynayıram.

- Deyək ki, Messi ilə görüşdünüz. Ona ilk demək istədiyiniz söz nə olardı?

- Demək istədiyim sözdən çox, onun məni görəndə reaksiyasının necə olacağı maraqlandırır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı