Polis zabiti xəstəxanada ölüb

08:02 05-03-2018 | icon 647 | Hadisə
Polis zabiti xəstəxanada ölüb

Sabirabadda avtoqəzada xəsarət alan 25 yaşlı polis zabiti xəstəxanada vəfat edib.

Versus.az APA-ya istinadən xəbər verir ki, martın 2-də Hacıqabul-Bəhrəmtəpə magistralının 42-ci kilometrliyində, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisindən keçən hissəsində “Nissan” , “VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü martın 4-də paytaxt xəstəxanalarından birində vəfat edib.

Qeyd edilir ki, vəfat edən  Qaratəpə kənd sakini, 1993-cü il təvəllüdlü polis baş leytenantı Yusif Vəli oğlu Hüseynov Sabirabad rayon Polis Şöbəsinin əməliyyatçısı olub. Əvvəlcə Sabirabad rayon xəstəxanasına yerləşdirlən polis zabiti vəziyyəti ağır olduğundan Bakı şəhərinə aparılıb.

Avtoqəzada “Nissan” markalı avtomobilin sürücüsü, Qalağayın kənd sakini, 1984-cü il təvəllüdlü Elşən Eyvaz oğlu Hüseynov və sərnişinlər-rayon sakini Nicat Ramiz oğlu Quliyev və Türkədi kənd sakini, 1994-cü il təvəllüdlü Vəlixan  İdman oğlu Dadaşov da müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...