Fuad Əliyevdən Aydın Mirzəzadəyə cavab

15:09 11-04-2019 | icon 439 | Siyasət
Fuad Əliyevdən Aydın Mirzəzadəyə cavab

Aydın Mirzəzadə: "AXH kiçik bir qrupdur və onların heç bir perspektivi yoxdur"

 

Fuad Əliyev: "AXH zəif bir təşkilat olsa idi, bu qədər təzyiqlər olmazdı"

 

“Siyasətçi kimi Azərbaycanda olan bütün siyasi prosesləri izləyirəm. Azərbaycan Xalq Hərəkatı kiçik bir qrupdur və onların heç bir perspektivi yoxdur. Onlar arasında olan qarşılıqlı ittihamlar ilk növbədə perspektivsizliyi ilə əlaqəlidir”.

 

Versus.Az AnTV.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Hərəkatının fəaliyyəti ilə bağlı açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri, Azərbaycan Xalq Hərəkatının (AXH) həmtəsisçisi və İdarə Heyətinin üzvü Fuad Əliyev deputatın bu açıqlamasına cavab verib:

 

“Aydın Mirzəzadənin fikirlərinə hörmətlə yanaşır və hakimiyyət nümayəndələrinin bu cür açıqlama verməsini normal qarşılayıram. Azərbaycan Xalq Hərəkatının fəaliyyəti sürətlə artır, bir neçə aya yeni bir dalğa yaradacaq. Əgər, AXH zəif bir təşkilat olsa idi, bu qədər təzyiqlər olmazdı".

 

Deputatın AXH-də olan siyasilər arasındakı qarşılıqlı ittihamların olması fikrinə gəlincə, partiya sədri AXH-də heç bir qarşıdurma olmadığını, İdarə Heyətinin bütövlükdə fəaliyyət göstərdiyini vurğulayıb:

 

"AXH-də fikir ayrılıqları ola bilər. Bu da ki, demokratiyanın göstəricisidir. AXH-nin bütün iclasları birbaşa mediaya açıqdır. Aydın Mirzəzadənin təmsil etdiyi YAP-da bu belə deyil. Təklif edirəm ki, Yap AXH-dən örnək götürüb, öz iclaslarını canlı yayımlasın. O zaman bilinəcək demokratiya haradadır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı