Piylənmə problemi qlobal miqyas alır

18:01 11-04-2019 | icon 528 | Sağlamlıq
Piylənmə problemi qlobal miqyas alır

Piylənmə qlobal problemə çevrilməkdədir.

Versus.Az Azərtac-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəhbəri Joze Qratsianu da Silva təşkilatın İdarəçilər Şurası qarşısında çıxış edərkən bildirib.

"Biz daha yalnız aclıqla mübarizə aparmırıq. Dayanıqlı inkişaf üzrə ikinci əhəmiyyətli məqsəd düzgün qidalanmamağın bütün növlərinin aradan qaldırılmasından ibarətdir. Artıq çəkidən və piylənmədən əziyyət çəkən insanlar dünyanın hər yerində getdikcə artır", - deyə Qratsianu da Silva bildirib.

"Əgər aclıq müəyyən yerlərdə yayılıbsa, piylənmə əksinə, hər yerdə mövcuddur", - deyə o əlavə edib.

 

FAO-nun məlumatına görə, 1975-ci ildən başlayaraq, bütün dünyada piylənmə göstəriciləri təxminən 3 dəfə artıb ki, bu da ürək-damar, xərçəng və diabet xəstəlikləri hallarının çoxalmasına gətirib çıxarıb.

FAO-nun saytında dünyanın bütün ölkələri üzrə sağlam qida ilə bağlı məsləhətlər toplusunu tapmaq mümkündür. Planetin diyetoloqlarının başlıca məsləhəti - bacardıqca daha çox meyvə və tərəvəz yeyilməsidir. Mütəxəssislər, həmçinin çoxlu su qəbul etməyi, alkoqol və duzdan sui-istifadə etməməyi, həmçinin yağ qəbulunu, tərkibində şəkərin çox olduğu ərzaq və içkiləri azaltmağı tövsiyə edirlər.

Joze Qratsianu da Silva İdarəçilər Şurasının üzvlərinə bu il keçiriləcək bir sıra tədbirləri, o cümlədən balanslaşdırılmış qida ilə bağlı seminarları xatırladıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin