Nə qədər ki, dəyişməyəcək, dəyişməyəcəyik, dəyişdirməyəcəyik...

11:43 12-04-2019 | icon 1089 | Kürsü
Nə qədər ki, dəyişməyəcək, dəyişməyəcəyik, dəyişdirməyəcəyik...

Həm ailədə, həm məktəbdə körpə balalarımıza elə tərbiyə verməliyik ki...

 İQBAL AĞAZADƏ

 /Ümid partiyasının sədri/

 

Əxlaq anlayışı dedikdə hamı yaşam anlayışı başa düşür. Əxlaqsızlıq insanların üzünə yalan deməkdir, insanları aldatmaq, vəzifəndən sui-istifadə etmək, topluma zərər vura biləcək hərəkətlərdir. Şəxsi həyatın əxlaqla əlaqəsi yoxdur...

 

Bizdə bəzi tendensiyalar qarışıb, cəmiyyətdə dəyərlər yerində deyil, dəyərlərə baxış sistemi dəyişməlidir. Ən başdan uşaqlar düzgün tərbiyə olunmalıdır. Bizdə uşaqlara haqq və hüquqla bağlı biliklər öyrədilməkdənsə, "müəllim nə deyir, onu eşit, əsgərlikdə komandir nə dedisə, odur, sus, danışma" deyirlər...

 

Demirlər ki, insan ol, hüquqlarını müdafiə et. Şəxsiyyətlər bu cür yetişdirilmir. Cəmiyyətin problemi bundadır...

 

Bizi tərbiyə edən mühit zaman-zaman dəyişməlidir. Həm ailədə, həm məktəbdə körpə balalarımıza elə tərbiyə verməliyik ki, bir-birlərini əzməsinlər, bir-birlərini uçuruma sürükləməsinlər...

 

Bu gün təhsil, səhiyyə ocağındakı səriştəsizliyin ucbatından vətəndaşlarımız, övladlarımız əziyyət çəkir. Mütləq dəyişməliyik! Birlikdə dəyişəcək, dəyişdirəcəyik!

 

P.S. Nə qədər ki, dəyişməyəcək, dəyişməyəcəyik, dəyişdirməyəcəyik hələ çox deyəcəyik... Elinanı və bilmədiyimiz nə qədər elinanaları bu həddə çatdıran hər kəs cəzalanmalıdır!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...