Şagirdin müəllim tərəfindən döyülməsinə RƏSMİ cavab

13:38 12-04-2019 | icon 467 | Sosial
Şagirdin müəllim tərəfindən döyülməsinə RƏSMİ cavab

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 321 nömrəli tam orta məktəbdə şagirdin müəllimi tərəfindən döyülməsi xəbərinə rəsmi münasibət bildirilib.

 

Versus.Az ONA-ya istinadən xəbər verir ki, 321 nömrəli tam orta məktəbdən verilən cavaba görə, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin halı pisləşdiyi üçün başı dəyib:

 

"Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib".

 

Məlumatda bildirilir ki, şagirdin güclü baş ağrıları olduğu üçün valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib.

 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, bu gün Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb. Hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.

 

Səhiyyə Nazirliyindən ONA-ya bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı