Mehman Hüseynov xaricə getdi

16:38 12-04-2019 | icon 946 | Cəmiyyət
Mehman Hüseynov xaricə getdi

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun sədri, bloger Mehman Hüseynov bu gün, aprelin 12-də ölkədən xaricə buraxılıb.  Versus.az Yeni Müsavata istinadən xəbər verir ki, o bu barədə öz facebook səhifəsində yazıb.

 

“Nəhayət ki, girovluqdan azad oluna bildik. Baş Prokurorluq niyə, nəyə görə ölkədən çıxışıma qadağa qoymuşdu, o, sualın cavabını hələ də tapmadıq. Amma, problem ictimailəşəndən sonra öz həllini tapdı. 9 ildən sonra hava limanının qapıları üzümə açıldı,” o qeyd edib.

 

Hüseynov bildirib ki, Avropa ölkələrinə səfər edəcək.

Bu səfərimdə beynəlxalq təşkilatların sədrləri ilə görüşüm, beynəlxalq tədbirlərdə iştirakım, çıxışlarım nəzərdə tutulub.”

 

O səfəri zamanı keçirəcəkləri görüşlərdə "Azərbaycanda olan problemlər, - azad mətbuatın olmaması, insan hüquqlarının acınacaqlı durumu, siyasi məhbus problemləri" haqqında geniş müzakirələr aparacağını bildirib. Eyni zamanda, Avropa ölkələrindəki sosial durumla bağlı videolar çəkəcəyini və Azərbaycanda Avropa ölkələri ilə bağlı aparılan neqativ təbliğata qarşı olacağını deyib. Bloger ironiya ilə yazıb:

“Avropanın dağılması, oradaki insanların acından qırılması, Almaniyanın sosial vəziyyətinin bərbad olduğunu, Avropadaki işsizlik, yoxsulluğun olmasını çəkib görstərəcəm. Görün acından qırılan kimdi, onlar, yoxsa biz? Görün işsizlikdən yoxsulluqdan əziyyət çəkən kimdi, onlar, yoxsa biz? Aztv-ni fəaliyyət görsətməsinə peşman edəcəm,” bloger qeyd edib.

 

Hüseynov tezliklə Azərbaycana qayıdacağını da bildirib.

“İndi ölkədən buraxmaqlarına buraxıblar, çox gözəl, ümid edirəm ki, ölkəmə qayıdanda da ölkəyə girişimə qadağa qoymazlar,” o qeyd edib.

 

Hüseynov aprelin 9-da Bakı Beynəlxalq Hava limanından xaricə buraxılmamışdı. Baş Prokurorluq tərəfindən onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilmişdi. Blogerin xaricə buraxılmaması beynəlxalq və yerli ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycan hökumətini Hüseynovu ölkədən xaricə buraxmağa çağırıb.

 

Mehman Hüseynov böhtan ittihamı ilə mühakimə olunub və iki il həbs cəzasından sonra 2019-cu il martın 2-də azadlığa çıxıb.

Azadlığa çıxma ərəfəsində ona qarşı yeni cinayət işi açılıb, lakin ölkə daxilində və xaricdə etirazların nəticəsində ittiham götürülüb ("Amerikanın səsi").

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı