Elina məsələsində hər kəsin öz prizması

17:04 12-04-2019 | icon 299 | Kürsü
Elina məsələsində hər kəsin öz prizması

Sosial şəbəkələr həyatımıza elə girib ki…

 

ƏLABBAS MƏHƏRRƏMLİ

 /siyasi ekspert/

 

Son günlər ölkədə bir neçə neqativ hadisə baş verdi ki, onların da ən faciəlisi məktəbli Elinanın intiharıdır. İntihardan bu günə mətbuatda və sosial şəbəkələrdə mövzu ətrafinda çoxlu müzakirələr gedir, hər kəs məsələyə öz prizmasından yanaşır. Məktəb direktorunu qınayan kim (hətta həbsini istəyirlər), Elinanın məktəb yoldaşlarını qınayan kim, valideyinləri qınayan kim...

 

Yanaşmalar çox müxtəlifdir. Sonucda məsələ ölkə rəhbərliyi tərəfindən nəzarətə götürüldü. Xüsusi tapşırıqlar verildi, istintaq gedir, yəqin yaxın vaxtlarda dəqiq məlumat açıqlanar. Mənim deyəcəklərim isə valideyinlərə, ələxüsus da analaradır.

 

Əziz valideyinlər, gəlin məsələlərin ciddiliyinin fərqinə varaq. Əziz analar, ailə ənənələrimizi nəzərə alsaq, övladlarımız biz atalardan çox sizin yanınızda və nəzarətiniz altında böyüyürlər. Gəlin, övladlar üzərində nəzarəti gücləndirək. Ola bilər kiminsə müəllimi kobud olsun, kiminsə müəllimi mülayim olsun. Amma çox mürəkkəb zamanda yaşadığımızı unutmayaq. 21-ci əsrdə, müasirliyin aşıb-daşdığı vaxtda, internet üzərindən dünyanın o tayı ilə bir saniyə ərzində əlaqə yaradılan zamanda zərərli meyllərin mövcudluğunu nəzərə almalıyıq. Ailələrdəki söz-söhbətlər övladların gələcəyinə pis təsir edir. Görürsüz, intihar edən məktəblinin ailəsində problemlərin olması da mediada qabardılır. Direktorun yayılmış səs yazısında da bu, açıqca deyilir. Bax, bunun nəticəsidir ki, nəzarətsizlikdən belə faciələr baş verir. Əziz valideyinlər, biz övladlarımızı qapalı böyüdə bilməyəcəyik, biz onları telefonsuz saxlaya bilməyəcəyik, biz onları “Youtube”, “İnstaqram”, “Faceboo”, “Vhatsap”sız saxlaya bilməyəcəyik. Niyə? Cünki dövrün tələbi belədir. Sosial şəbəkələr həyatımıza elə girib ki, onlarsız həyatı təsəvvür edə bilmirik. Belə bir çətin vaxtda heç olmasa, övladlarımıza nəzarəti gücləndirək.

 

Hamımız bir ağızdan müəllimləri qınayırıq. Bəli, onların da arasında mənfi tiplər var. Ancaq fərqinə varmırıq ki, bir məktəbdə minlərlə uşaq təhsil alır, o uşaqların formalaşma dövrü, psixoloji yetkinlik dövrləri, bioloji yetişmə dövrləri məktəb illərinə təsadüf edir. Nəzarətdən cıxa bilirlər. Dediklərim xoş görünməyə bilər, ancaq bunlar acı həqiqətdir. Məktəblərdə yaradılan Valideyin Komitələri əslində ailə-məktəb bağlarını gücləndirməli idi, “süpürgə pulu”nun yığılması ilə məşğul olmamalı idi. Hər bir ailədəki vəziyyəti sinif rəhbəri, məktəb pisixoloqu, məktəb direktoru bilməlidir. O uşaqla fərdi söhbət aparılmalıdır, uşağa fərdi yanaşılmalıdır. Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsi məncə, boşanmış ailələrə psixoloji yardım göstərilməsini təmin etməlidir. Dağılmış ailələrin övladlarını məktəb rəhbərliyi ilə birlikdə nəzarətdə saxlamalıdır.

Ümumiyyətlə, yaxşı olar ki, ailənin rəsmiləşdirilməsində də, dağılmasında da Ədliyyə Nazirliyi ilə yanaşı, hansısa bir formada o Komitənin yəni Ailə, Qadin, Uşaq problemləri üzrə komitənin iştirakı olsun. Təhsil Nazirliyi sinifdəki say kvotasına diqqət etməlidir. 30-40 uşaq bir sinifdə necə oxuya bilər? Evdə 2-3 uşağa nəzarət edə bilməyən valideyin məktəbdə müəllim kimi o qədər şagirdə necə nəzarət etsin?

 

Bir sözlə, sosial problemlər çox və mürəkkəbdir. Qənirə xanım Paşayeva demişkən, durum Elinadan üzr istəməkdən başqa yol qoymur. Səni qoruya bilmədik. Kimlərinsə ucbatndan…

Xəbər lenti

"Neftçi" "Arsenal"ı keçsə... - "Trabzonspor"la qarşılaşa bilər

Bakı klubu iyulun 22-də keçiriləcək püşkatmada reytinqi nisbətən aşağı olan komandalardan biri ilə qarşılaşacaq

“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb

Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb

daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb

Deputat Tayland Qadınlar Federasiyasının nümayəndələri ilə görüşüb

"Nazirlər kabineti yenilənə bilər"

Hindlilərin saç uzatmaq üçün 7 hiyləgərliyi

Hibiskus - Məkkə gülü çayının FAYDALARI - SİYAHI

Açıq-saçıq geyinmək dəb deyil - Modelyer izah edir

Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında növbəti fərdi oyunlar başa çatıb

Gimnastımız Dünya Çempionatının gümüş və bürünc medallarını qazanıb

Bakının mərkəzində DƏHŞƏT

Exstrasens bu ölkələrin dağılacağını deyib

Deputat Mətbuatımızın inkişafı naminə atılan addımlardan danışıb

Fuad Əliyev media nümayəndələrini təbrik etdi

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe