Qaqarinə son anda uduzan, elmi təcrübə üçün evləndirilən türk

17:22 12-04-2019 | icon 186 | Araşdırma
Qaqarinə son anda uduzan, elmi təcrübə üçün evləndirilən türk

 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. "Vostok"  kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib.

 

SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda da bir çox ölkələr tərəfindən bu gün qeyd olunur.

“Andirian Nikolayev haqqında  çox yazılıb. Sovet İttifaqında kosmonavtlar öləndə adətən, “Ulduz” şəhərciyində dəfn edilirlər. Amma onu doğulduğu kənddə dəfn etdilər. Səbəbi Andiriyan Nikolayev hökumətdən narazılığı oldu. Andirian Nikolayev eksperiment kimi istifadə edib kosmosa uçan ilk qadın Tereşkova ilə evləndirdilər. Yoxlamaq istəyirdilər ki, kosmosa uçuş qadın və kişilərin dölünə necə təsir edir.  İnsan üzərində aparılan bu eksperimentlər Andirian Nikolayevi bezdirdi. Narazılığını dilə gətirdi. Arvadı boşadı. Bununla da narazılıqlar başladı”. 

  

Araşdırmaçı Əli Şamilin Nikolayev soyadlı kosmonavt barəsindəki qısa məlumatı yəqin ki, onun şəxsiyyəti barəsində sizdə yəqin, maraq oyatdı.

Versus.Az AzEdu.az -a istinadən çox maraqlı tale və xarakterə sahib olan türk xalqlarının ilk kosmonavt oğlu, milliyətcə çuvaş olan Andrian Nikolayevin ömür yoluna aid bir neçə maraqlı faktı təqdim edəcək.

İlk türk kosmonavt 

Sovetlər Birliyinin üçüncü, dünyanın isə kosmosa çıxmış beşinci adamı olan Andrian Qriqori oğlu Nikolayev 1929-cu il sentyabrın 5-də indiki Rusiya Federasiyasının Çuvaşiya Respublikasındakı Marinski-Posad rayonunun Şorşeli kəndində anadan olub.

Kəndlərindəki natamam orta təhsil verən məktəbi bitirdikdən sonra Mari-Posad şəhərindəki Meşə Texnologiyası Texnikumunda oxuyub. 1947-ci ildə oranı uğurla başa vurduqdan sonra da əsgəri xidmətə yollanıb. Əsgəri xidmətini nümunəvi başa vurduqda onu Frunze adına Hərbi-Aviasiya Məktəbinə oxumağa göndəriblər. Hərbi-Aviasiya Məktəbini 1954-cü ildə bitirdikdən sonra Sovet Sosialist Respublikaları İttifaqı Hərbi Hava Qüvvələrində xidmətə göndərilib. Uçuşlarda göstərdiyi şücaət və texniki biliklərə dərindən yiyələndiyinə görə onu 1960-cı ildə kosmonavtlar hazırlanan qrupa daxil etmişlər.

Yuxarıda adını çəkdiyimiz araşdırmaçı Əli Şamil AzEdu.az-a açıqlamasında kosmonavt barəsində bir xeyli maraqlı faktlara toxunub:

“Ötənləri xayırlayanda Andriyan Nikolayev təəccübünü gizlətmədən həmişə deyirmiş ki, özüm də bilmədim, necə oldu ki, mənə həm qırıcı təyyarə pilotluğu, həm də kosmosa uçmaq etibar edildi.

Andriyan Nikolayev dünyada ilk dəfə kosmosa uçan insan Yuri Qaqarinlə birgə məşq edib. Lakin son anda ilk dəfə kosmosa Yuri Qaqarinin göndərilməsi qərara alınıb. 1961-ci il aprelin 12-də Yuri Qaqarinin kosmosa uçuşu dünyada böyük maraqla qarşılanıb.

Bu uçuş Sovet Sosialist Respublikaları İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında kosmosun fəthi uğrunda rəqabəti dərinləşdirib. Sovet Sosialist Respublikaları İttifaqı ikinci dəfə kosmosa insan göndərməyi planlayanda German Titovla birlikdə Andriyan Nikolayev də məşq edib. Proqramı yüksək səviyyədə yerinə yetirib. Lakin kosmosa German Titovun göndərilməsi məsləhət bilinib”.

Daha sonra Amerika Birləşmiş Ştatları da rəqibini geridə qoymaq üçün kosmosa uçuşlar təşkil edir. Sovet Sosialist Respublikaları İttifaqı texniki imkanlar olmasa da, kosmosa uzunmüddətli uçuşlar planlayır. Bu, sanki insan üzərində təcrübə aparmaq kimi bir şey idi. Buna görə də kosmonavtları yerdə, kosmik şəraitə uyğun təkotaqlı palatalarda yerləşdirdilər. Bu eksperimental şəraitə ən çox dözərək “dəmir adam” ləqəbini qazanan Andriyan Nikolayev olur. Həmin eksperimentdən az sonra, yəni 1962-ci ildə... 

Andriyan Nikolayevdən bir gün sonra, yəni 1962-ci il avqustun 12-də “Vostok-4”lə Pavel Popoviç uçuşa başlayır. Dünyada ilk dəfə kosmik gəmilərin birgə uçuşu həyata keçirilir:

 

Brejneyevə sui qəsd, türk oğlunun fədakarlığı

 

“Andriyan Nikolayevin idarə etdiyi “Vostok-3” kosmik gəmisi 1962-ci il avqustun 11-15-də kosmosda olur. O, dörd gündə Yer kürəsi ətrafında 64 dəfə dövrə vurur. Bundan əlavə,  ilk dəfə kosmik gəmidə bağlandığı kreslodan ayrılaraq havasızlıq şəraitində gəminin daxilində hərəkət edir. Əslində, bu kreslo kosmonavtı kosmik gəmidən kənara atmaq, Yer kürəsinə göndərmək üçün nəzərdə tutulmuşdu. Andriyan Nikolayev kreslodan ayrıldıqdan sonra bir daha ona dönərək əyləşə bilməsə idi, elə gəmi ilə birlikdə kosmosda qala, məhvolma təhlükəsi  ilə üzləşə bilərdi.

 

Beləcə, kosmosda ilk qrup uçuşu uğurla keçsə də, Andriyan Nikolayev üçün olduqca ağır olur. O, Yerə endikdən sonra ayaq üstə duranda bədənində çəkisizlik şəraitində dövr etməyə alışmış qan ayaqlarına axmağa başlayır. Bədəninin yuxarı hissəsində qan azaldığından bənizi ayazıyıb, başı gicəllənsə də, özün toparlayıb, ayaq üstə dura bilir. Onların kosmosa uçuşu bir də uzun müddət gizli saxlanan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevə sui-qəsd cəhdi ilə yadda qalır.

 

Belə ki, Andrian Nikolayev və Pavel Popoviç Moskvaya təntənə ilə qarşılanmaya və Sovet İttifaqı Qəhrəmanı adının təqdimedilməsinə gətirilərkən sovet ordusunun kiçik zabiti Viktor İlin bu qarşılanma mərasimindən istifadə edərək, Leonid Brejnevə atəş açmağa cəhd göstərir”. 

Eksperiment xatirinə evlənmək 

Kosmonavtlar dəstəsində çalışan Andriyan Nikolayev sonradan Nikolay Jukovski adına Hərbi-Hava Mühəndisləri Akademiyasında oxuyur və oranı 1968-ci ildə uğurla başa vurur. 

1963-cü il noyabrın 3-də dünyada ilk dəfə kosmosa qadın göndərilir. Sonradan isə Andriyan Nikolayev dünyada ilkə imza atan bu qadınla - “Vostok-6” gəmisi ilə uçan Valentina Tereşkova ilə - evləndirilir. Bu evlilikdən Yelena adlı qızları  dünyaya gəlir. Onlar uzun müddət xoşbəxtlik, məhəbbətlə qurulmuş bir ailə kimi təqdim olunur. Andriyan Nikolayev müsahibələrində və kitablarında ailəsindən, məhəbbətindən yazır.

Lakin bu ailənin ömrü səkkiz il sürmür.. Sonralarməlum olur ki, evliliyin də arxasında sovet tibb mütəxəssislərinin bir eksperimenti dururmuş.

 

Ömrün sonuncu “kosmik stansiyası” 

 

Bütün bunlar kosmonavtı çox sarsıdır. Həyatının sonrakı mərhələsi haqqında Əli Şamili dinləyək:

“Andriyan Nikolayev “Soyuz-8” kosmik gəmisi ilə uçuşlara hazırlaşsa da, ikinci dəfə 1970-ci il iyunun 1-19-da “Soyuz-9” gəmisinin kapitanı kimi uçmalı olur. Onun V.İ.Sevastiyanovla birlikdə uçuşu 424 saat 59 dəqiqə çəkir. Birlikdə elmi-texniki və tibbi-bioloji araşdırmalar proqramını yerinə yetirirlər. Uçuşu uğurla başa vurduğuna görə ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı və Qızıl ulduz medalı verilir. 

 

1970-ci ildə aviasiya general-mayoru adına layiq görülən texnika elmləri namizədi Andriyan Nikolayev bir müddət kosmonavtların uçuşa hazırlanmasında iştirak etdikdən sonra ictimai-siyasi fəaliyyətlə məşğul olur. VI, VII və VIII çağırış Rusiya Sovet Federativ Respublikasıı Ali Sovetinin deputatı olan Andriyan Nikolayev 1982-ci ildə  kosmonavtlar dəstəsindən həmişəlik ayrılır.

 

Bir sıra xarici ölkələrin orden və mükafatları ilə təltif olunub, Ayın arxa tərəfinin katerlərindən biri onun şərəfinə adlandırılır. Lakin Andriyan Nikolayevin milliyətcə çuvaş olduğu heç vaxt vurğulanmırdı. Hansı ki, Sovet strateqləri SSRİ-də yaşayan xalqların arasında ayrı-seçkilik olmadığını, beynəlmiləl bir ailədə yaşadıqlarını göstərmək üçün kosmonavtlardan birini arvadının soyadı ilə yazırdılar. Çünki bu soyadı türk soyadı idi. 

 

Bütün bunlara baxmayaraq, Andriyan Nikolayev ömrünün son illərində doğma yerlərə daha çox gedir, orada uzun müddət qalmağa çalışırdı. Ancaq, artıq həmin torpaqlarda onun doğmaları, yaxın qohumları qalmamışdı”. 

 

2004-cü il iyulun 3-də Andriyan Nikolayev Çuvaşiyada dünyasını dəyişdi. Qızı Yelenanın təkidinə baxmayaraq, çuvaş xalqı onun cənazəsinin Moskva yaxınlığındakı Ulduz şəhərciyində dəfn edilməsinə imkan vermədilər. Doğma kəndi Şorşeldə dəfn etdilər. Az sonra da qəbri üzərində onun kosmosa uçduğu gəminin formasında movzeley tikdilər. 

Sonluq üçün

“Andriyan Nikolayev ilk uçuşundan sonra kəndlərinə alma ağacı əkmişdi. Sonralar bu alma ağacının ətrafinda gözəl bir park yaratdılar.

Andriyan Nikolayevin ölümündən sonra isə bu parkın içərisində də böyük bir muzey yaratdılar. Bu muzey Andriyan Nikolayev adı daşısa da, ona məxsus əşyalar nümayiş etdirilsə də, buraya gələnlər daha çox Çuvaş xalqının tarixi və mədəniyyəti ilə yaxından tanış ola bilirlər”.

 

 

Versus.az

Xəbər lenti

ONUN “Duasını” yazan Mediadır

Tahirə Qafarlı: "Bu aksiomadır: dini düşüncəni insan özü yaradır və onu beyninin gücü çatdığı qədər “daşıyır”"

Nəsiminin dərisinin soyulmadığını iddia edən xanım

Messi ailəsi ilə tətildə

Azərbaycan Beynəlxalq Ordu Oyunları - 2019-da iştirak edəcək

Qarabağ bölgəsindəki arxeoloji abidələr xəritələşdirilib

Kompüter şüası və kaktus mifi – Mütəxəssis rəyi

Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib

Gürcüstan Keşikçidağ hadisəsi ilə bağlı bəyanat verdi

Günün qoroskopu: Pozitiv olun

Üzümü “çürümə” xəstəliklərindən necə qorumalı

Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, izahat istənildi

Prezident İlham Əliyev və D.Tuskun məzmunca bir-birindən fərqlənməyən fikirləri olduqca maraqlıdır

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə aparılan danışıqlar da öz səmərəli nəticəsini verəcək"

DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib

Əlləri niyə gündə bir neçə dəfə yuxarı qaldırmaq lazımdır?

Evinizə gələnləri belə qarşılayın - DİZAYN NÜMUNƏLƏRİ

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

Laçınlı məcburi köçkünlərdən BƏYANAT

“Bu infeksion xəstəlik insandan insana keçir”

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun şəhidləri

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Kəsik qolların harayı və "Amerika idealizmi"

Azərbaycana sızan Rusiya “sevgisi”

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı