Məsuliyyətsiz məktəb direktorları yenə var

17:28 12-04-2019 | icon 1266 | Kürsü
Məsuliyyətsiz məktəb direktorları yenə var

Bu cür faciələrin qarşısını öncədən almaq üçün İctimai Şura yaradaq

 

ŞAMİL SABİROĞLU

/Qazi, jurnalist/

 

Allah-Taala heç bir valideyni övlad sınağı ilə üz-üzə gətirməsin. Çünki, valdeynlərin böyük əksəriyyəti övladlarını min bir əziyyətlə böyüdür, çalışırlar ki, uşaqlarına çəkdikləri əziyyət hədər getməsin...


Bakının Səbail rayonundakı 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın canına qəsd etməsi mənim kimi qəlbində iman olanları kədərləndirdi. Hətta məktəbin sabiq direktoru Sevinc Abbasova və onunla bərabər yuxarı mərtəbədən özünü aşağı atmaqla intihara cəhd edən Elinanı "sorğu-sual yağışına tutan"ın kimliyi də bəlli oldu. O da bəlli oldu ki, məktəbin direktoru bu cinayət əməlini ört-basdır etmək üçün 2 gün sistemli şəkildə iş aparıb.

 

Mən, nakam taleli Elinanın bu addımına görə onu qınayanlara üz tuturam: Övladınız Elinanın yerində olsa nə edərdiniz?


Mən, ilk növbədə bu faciəyə ciddi reaksiya verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Respublikanın Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya, "Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu" ictimai birliyinin sədri, Milli Məclisin deputatı xanım Qənirə Paşayevaya, Regional İqtisadi və Hüquqi Maarifləndirmə" ictimai birliyinin sədri xanım Arzu Bağırovaya, Xocalı şəhər 2 nömrəli tam orta məktəbin direktor əvəzi, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı xanım Fiqurə Rüstəmova, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəallarından olan xanım Ceyran Əzizovaya (Ceyran xanımın ömür-gün yoldaşı Vasif Məmmədov Xocalı soyqırımı zamanı şəhid olub), Xocalı şəhər Musiqi Məktəbinin müəllimi, şəhid Zahid Xudiyevin bacısı xanım Rəna Xudiyevaya, "Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhhərrəmova, "Azərbaycanın Xalq artisti xanım Brilyant Dadaşovaya, Röya Ayxana, bütövlükdə daim əzab-əziyyət çəkən media əməkdaşlarına təşəkkür edirəm.


Sizi əmin edirəm ki, ölkədə Elina Hacıyevadan artıq, hətta dözülməz dərəcədə ağır sosial durumda çabalayan valideyn və övladlarımız var.


Gəlin, bu cür faciələrin qarşısını öncədən almaq üçün İctimai Şura yaradaq. Gərək olduğunda iclaslar keçirək, qərarı aidiyyəti orqanların rəhbərlərinə göndərək. Çünki xüsusən Bakıdakı təhsil ocaqlarında Sevinc Abbasova kimi məsuliyyətsiz məktəb direktorları yenə var!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI