Valideynlərin boşanması uşağı necə iflic edir?

17:33 12-04-2019 | icon 1062 | Sosial
Valideynlərin boşanması uşağı necə iflic edir?

 “Uşağa motivasiya verən iki amil var: ata və ana. Bu amillər arasındakı hər hansı bir ədavət onun psixologiyasına, bilavasitə təhsilinə öz təsirini göstərir...”

 

Versus.Az azedu.az-a istinadən xəbər verir ki, “Empati” Psixoloji Mərkəzinin əməkdaşı,  uşaq psixoloqu  Günel Əliyeva ailədaxili münaqişələrin uşaq psixologiyasına təsirindən danışıb:

-Ata-ana arasındakı münaqişələr uşağın gözü qarşısında yaşanırsa, bu, onun psixologiyasına təsir edən ən böyük amildir.  Ailədaxili problemlər uşaqda ilk olaraq, özünə, daha sonra ata-anaya inamı zədələyir. Təbii ki, bu psixoloji travmalar birbaşa onun təhsilinədə təsir göstərir.

İnsanda fiziki sağlamlıqdan daha vacib onun, ruhi, psixoloji ovqatıdır.  Elmdə də sübut olunub ki, insan özündəki hər hansı xəstəliyi şüuraltı ilə sağalda bilər.Əli olmayan şəxs psixoloji olaraq əli varmış kimi həyatına davam edir. Bəzən isə əksinə, hər hansı bir orqanında cüzi qüsuru olan şəxslər, bunu kompleks halına gətirərək, həmin orqanı yoxmuş kimi davranırlar. Uşaq psixologiyasını düşünsək, vəziyyətin necə qəliz olduğunu görərik.

Uşağa motivasiya verən iki amil var: ata və ana. Bu amillər arasındakı hər hansı bir ədavət uşağın psixologiyasına, bilavasitə təhsilinə öz təsirini göstərir.İlk olaraq, dərslərinə nəzarət zəifləyir və o da bundan istifadə edir. Ailəsinin dağıldığını və təhsilin bunu geri qaytarmadığını düşünür.Bu səbəbdən də oxumaq ona mənasız gəlir”.

 

“Valideyn ayrılığı nəinki uşaqlara, 18 yaşdan yuxarı gənclərə də pis təsir edir” 

 

Günel xanım valideyn ayrılığının gənclər üçün də çətin proses olduğunu deyir:

“Valideyn ayrılığı nəinki uşaqlar, 18 yaşdan yuxarı gənclərə də pis təsir edir.  Azərbaycan Dillər Universitetində oxuyan bir pasientim var idi. Valideynlərinin ayrılığı onda psixoloji travma yaratmışdı. Neynəyəcəyini bilmirdi,  hətta təhsilini də yarımçıq buraxmaq fikrində idi.  Yetkin insanın belə bir vəziyyət qarşısında mənən yıxıldığını nəzərə alsaq, uşaqların özlərini necə hiss etdiklərini düşünmək yəqin, çətin olmaz”.

 

“Bəzən  ayrılıq mərhələsində olan valideynlər övladlarına nəyi yaşatdıqlarını gördükdən sonra yenidən barışmaq, bir yerdə olmaq qərarına gəlirlər”

Həmsöhbətimiz  məsələ ilə bağlı üçlü konsultasiyaların əhəmiyyətindən də danışıb:

 

“Bəzən olur ki, uşaqlar bu ayrılıqdan özlərini günahkar hesab edirlər. Bu zaman üçüncü şəxsin- psixoloqun müdaxiləsinə ehtiyac duyulur. Biz həm valideyn, həm də uşaqların iştirakı ilə üçlü konsultasiyalar təşkil edirik. Burda uşaqlar öz sıxıntılarını, narahatlıqlarını açıq şəkildə ifadə edirlər. Bəzən  ayrılıq mərhələsində olan valideynlər övladlarına nəyi yaşatdıqlarını gördükdən sonra yenidən barışmaq, bir yerdə olmaq qərarına gəlirlər”.

 

“Uşaqda ana ilə qaldıqda ataya, ata ilə qaldıqda isə anaya qarşı aqressiya yaranır”

 

Günel xanım ayrılıq sonrası övladın anada qalmasını daha doğru hesab edir:

“Təəssüf ki, bizim cəmiyyətdə belə bir vəziyyət var. Uşaqda ana ilə qaldıqda ataya, ata ilə qaldıqda isə anaya qarşı aqresiya yaranır.  Buna görə də valideynlər xüsusilə də belə hallarda uşağın tərbiyəsi ilə məşğul olarkən emosional davranmamalıdır. Hətta onlara əsəbiləşdikdə belə, emosialarını gizlətməlidirlər.

Bu zaman uşağın anada qalması daha doğrudur.  Bizdə belə bir düşüncə də var ki, valideynlər ayrıldıqdan sonra ana oturub uşağı böyütməli, ata isə mütləq evlənməlidir. Bu səbəbdən də uşağın anada qalması daha məqsədəuyğundur. Valideynlərinin ayrılmasından bir dəfə travma alan uşağa, atanın yenidən ailə qurması daha pis təsir edər.  Bu zaman  onun düşüncəsində ata artıq özgənin olur.

 Ana onunla qalan övladına münasibətdə daha diqqətli olmalıdır. Xüsusilə də o oğlan uşağıdırsa... Çünki onların düşüncəsində bir kişi fiquru ata obrazı olur.  Valideyn ayrılığından sonra bu obraz dağılır. Bu baxımdan da ana onu daim dayı, baba kimi kişi qohumlarla əlaqədə saxlamalıdır”.

“Müəllim həmin uşağa fərdi yanaşmalıdır. Hətta yaxşı olar ki, dərsdən sonra onunla bir neçə dəqiqəlik motivasiyaedici söhbət də aparsın”

 

Valideyn ayrılığının uşağın təhsilinə təsirindən danışan müsahibimiz, bu zaman müəllimlərin üzərinə böyük yük düşdüyünü bildirir:

“Bu zaman müəllimlərin üzərinə böyük iş düşür. O, mütləq valideynlərlə əlaqədə olmalıdır.  Uşaq valideynlərdən birinin yoxluğunu hiss etməməlidir. Şagirdi dərsdən bir gün ana götürürsə, səhəri gün mütləq ata götürməlidir. Valideyn iclaslarında hə ikisi iştirak etməlidir.  Bir sözlə, aralarındakı problemi heç bir şəkildə uşaqlara göstərməməlidirlər.

Əgər bu baş verərsə, daha böyük problem yaranar.  Bu zaman müəllim həmin uşağa fərdi yanaşmalıdır. Hətta yaxşı olar ki, dərsdən sonra onunla bir neçə dəqiqəlik motivasiyaedici söhbət də aparsın. Valideynlər ayrıldıqdan sonra təbii ki, onların özlərindədə psixoloji problemlər yaşanacaq. Elə bir şəraitdə nə ata, ana nə də ki, nənə-baba onunla motivasiyaedici söhbət apara bilməz.Bu iş məhz müəllimin üzərinə düşür. O uşağınruhdandüşməsinə, depressiyayaşamasına imkan verməməlidir.  Məktəbin psixoloqu da müəllimlə birlikdə işləməlidir. Amma bu vəziyyətdə əsas məsələ yenə də valideynin üzərinə düşür.  Çünki, müəllim ya da psixoloq hər nə qədər uşaqla məşğul olsa da ondakı ailə problemi yenə də qalacaq. Bu səbəbdən də müəllim və psixoloqlar yaxşı olardı ki, ən birinci valideynlə işləsinlər.

 Dünyada nə qədər insan varsa, o qədər də psixologiya var. Valideyn ayrılığı uşaqların gələcəklə bağlı düşüncələrinə bəzən müsbət, bəzənsə əks təsir edir.

Bir qisim uşaqlar var ki, onlar təhsildən uzaq düşürlər. Oxumaq, gələcək onlar üçün mənasız olur. Amma bir qisim uşaqlarda var ki, bu vəziyyət özlərini sübut etmək üçün şərait yaradır. Onlar  özlərini valideynlərinə sübut eləmək üçün daha çox çalışırlar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı