Gömrük Akademiyasının tələbələri beynəlxalq konfransın qalibləri sırasında
Dünyanın 14 ölkəsinin ali məktəblərindən təqdim edilmiş məruzələrin sırasından seçilmiş və Peterburq Beynəlxalq İqtisadi Forumun proqramı altında 6-8 iyun tarixlərində keçiriləcək VI Beynəlxalq i-Customs “Beynəlxalq biznes, innovasiyalar və gömrük tənzimləmələri” gənclər konfransının proqramına daxil edilmiş 25 məruzənin 6-sı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinin məruzələridir.
Versus.Az xəbər verir ki, bu barədə Gömrük Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Verilən məlumata görə, konfransa Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Polşa, Çin, Latviya, İtaliya, Kanada, Filippin və İndoneziyanın ali təhsil müəssisələrindən daxil olmuş çoxsaylı məruzələr xüsusi ekspertlər qrupu tərəfindən dəyərləndirilərək qəbul olunub.
Konfransın təşkilatçıları sırasında Ümumdünya Gömrük Təşkilatı, Varşava İqtisadiyyat məktəbi (Polşa), Dnepropetrovsk Gömrük İşi və Maliyyə Universiteti (Ukrayna), Belarus Milli Texniki Universiteti, Samara Dövlət Texniki Universiteti (Rusiya), Tümen Dövlət Universiteti (Rusiya) də vardır.
Konfransda tələbələrin iqtisadi inkişaf üçün təhlükəsiz biznes mühiti, beynəlxalq ticarətdə müasir texnologiyalar, gömrük və biznes əməkdaşlıq problemləri, qloballaşma və regionlaşma şəraitində gömrük, beynəlxalq mal dövriyyəsində, biznesdə və gömrükdə mənəviyyat və s. məsələlərə həsr olunmuş məruzələri dinləniləcək.
Sözügedən konfrans müxtəlif ölkələrdən gəlmiş tələbələrin və ekspertlərin iştirakı ilə beynəlxalq ticarət, gömrük siyasəti və gömrük prosedurları ilə əlaqəli məsələlərin müzakirə edildiyi diskussiya meydanıdır. Konfransın keçirilməsində məqsəd müxtəlif ölkələrin beynəlxalq ticarət və gömrük işi problemlərini öyrənən tələbələri arasında konstruktiv dialoq yaratmaqdır.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...