“Nəsimi - 650” festivalı

19:10 12-04-2019 | icon 542 | Mədəniyyət
“Nəsimi - 650” festivalı

“Azİz” İsrail-Azərbaycan beynəlxalq assosiasiyası İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar bu ilin mayında İsrailin bir sıra şəhərlərində “Nəsimi - 650” festivalı təşkil edəcək.

 

Versus.Az Assosiasiyaya istinadən xəbər verir ki, festival proqramının əsas hadisəsi poeziya müsabiqəsi olacaq. Müsabiqədə doğulduğu ölkədən, dilindən və şeirin mövzusundan asılı olmayaraq hər kəs iştirak edə bilər. Daha ətraflı məlumatı “Azİz”in saytından əldə etmək olar.

Birinci turda oxucularımız ən yaxşı şairləri açıq səsvermə yolu ilə seçəcək, ikinci turda isə "Maqsud İbrahimbəyov" yaradıcılıq mərkəzinin direktoru Anna İbrahimbəyovanın rəhbərliyi ilə beynəlxalq münsiflər heyəti qalibləri müəyyənləşdirəcək. Qalibləri qiymətli mükafatlar gözləyir: Bakıya səyahət və planşetlər.

“Nəsimi - 650” poeziya müsabiqəsində iştirak edən şeirlərə səs verməyi arzulayanlar bu keçiddən istifadə edə bilərlər: “Nəsimi - 650” poeziya müsabiqəsinin iştirakçıları

 

Poeziya müsabiqəsi ilə yanaşı, festival çərçivəsində Maqsud İbrahimbəyovun sonuncu kitabı “Cəhənnəm soyudu” əsəri təqdim olunacaq.

Bundan başqa, festival zamanı “İmmolatio” pyesinin müəllifləri – çexiyalı şairə Leyla Cəfərova Beqim və İsrail kinematoqrafçısı Yefim Abramovla görüş keçiriləcək. Pyes iki böyük etirazçı – azərbaycanlı İmadəddin Nəsimi və çex Yan Qusun talelərinin mistik oxşarlığına həsr olunub.

Festival çərçivəsində, həmçinin “Azərbaycanın 7+7 möcüzəsi” fotosərgisi keçiriləcək.

Bütün arzu edənləri “Nəsimi-650” festivalında iştirak etməyə çağırır.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı