“Bizdən fərqli olaraq, orda bələdiyyələr real hakimiyyətə malikdirlər”

22:45 12-04-2019 | icon 437 | Siyasət
“Bizdən fərqli olaraq, orda bələdiyyələr real hakimiyyətə malikdirlər”

Əlabbas Məhərrəmli: “Sadəcə, əməkdaşlıq potensialından səmərəli istifadə olunmalıdır”

 

 

“Dünyanın demokratik seçki ənənələrinə malik olan, həmçinin seçkilərin formal olduğu ölkələr var. Bu vəziyyət onilliklər ərzində belə qalıb, belə də davam edir. O baxımdan, seçkilərin verdiyi hansısa mesajdan danışmağın yeri yoxdur”.

 

Bunu Versus.Az-a siyasi ekspert Əlabbas Məhərrəmli son vaxtlar dünya dövlətlərində cərəyan edən dəyişikliklərdə seçki prosesinin rolunu şərh edərkən bildirib.

Onun sözlərinə görə, hazırda ölkələrdə baş verən dəyişikliklərdə demokratiyadan çox, böyük dövlətlərin təsiri qeyd edilməlidir.

 

Ə.Məhərrəmli son günlərdə Türkiyədə baş verən bələdiyyə seçkilərinə nəzər salaraq, buradakı seçki formasının Azərbaycana tətbiqinə də birmənalı yanaşmadı:

 

“Türkiyə təqribən 60 ilə yaxındır ki, demokratik seçki ənənələrinə malik bir ölkədir. Qardaş ölkədə sistem dəyişikliyinə qədər, yəni parlament respublikası olduğu vaxtlarda keçirilən həm Məclis, həm də yerli seçkilər hər zaman kəskin rəqabət şəraitində keçib. Yəni Məclis seçkilərində uğur qazanan partiyalar həm parlamentdə üstünlük qazanır, həm də hökuməti formalaşdırmaq səlahiyyəti əldə edirdilər. Bələdiyyə seçkilərində uğur qazanmaq isə yerli hakimiyyət orqanlarında təmsilçilik hüququ verirdi. Türkiyədə prezident üsul idarəsinə keçiddən sonra da yerli seçkilər öz əhəmiyyətini saxlayır. Ona görə də biz orada çox gərgin seçki mübarizəsi izlədik. Türkiyədəki seçkilərlə bizim seçkilərin müqayisəsini aparmaq çətindir. Çünki orada bizdən fərqli olaraq, bələdiyyələr real hakimiyyətə malikdirlər. Bizdə isə bələdiyyələr haqlı olaraq, icra hakimiyyətlərinin əlavələri hesab edilirlər”.

 

O ki, qaldı Ukrayna seçkiləri və ölkəmizlə müqayisələrin axtarılmasına, Ə.Məhərrəmli bildirib ki, Ukrayna və Azərbaycan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub:

 

“Eyni zamanda, hər iki ölkə hərbi təcavüzə məruz qalıb, ərazi bütövlüyü pozulub. Yəni şərait ölkələrimizi təbii müttəfiqə çevirib. Sadəcə, əməkdaşlıq potensialından səmərəli istifadə olunmalıdır”.

 

Ekspert Ukrayna seçkilərinin ikinci turunda Petro Poroşenkonun daha şanslı olduğunu qeyd edərək, deyib ki, Qərb onun növbəti dəfə seçilməsinə xeyir-dua verib.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı