Azərbaycan Vəkillər Kollegiyasına qəbulda məhdudiyyət yoxdur

08:54 13-04-2019 | icon 412 | Siyasət
Azərbaycan Vəkillər Kollegiyasına qəbulda məhdudiyyət yoxdur

Azərbaycanda hazırda 1503 nəfər vəkil fəaliyyət göstərir.

 

Versus.Az-ın məlumatına görə, bu barədə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, kollegiya Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tədbirlərini davam etdirir:

 

“Ötən ilin dekabr ayında vəkilliyə sənəd verən şəxslərdən 106 nəfər yazılı imtahanlardan uğurla keçib. Hazırda müsahibə mərhələsi davam edir. Ümid edirəm ki, may ayına kimi proses yekunlaşacaq və ikinci mərhələdən uğurla keçən namizədlər kollegiyaya üzv qəbul olunacaqlar”.

 

A.Bağırov bildirib ki, kollegiyada bir müddət əvvəl test imtahanı keçirilib:

“171 nəfər namizəd artıq bu ilki imtahandan uğurla keçib və onlar da yaxın gələcəkdə müsahibəyə cəlb olunacaqlar. Hazırda sənəd qəbulu davam edir. Artıq 70 nəfərə yaxın sənədi qəbul edilib. Proses bundan sonra da davam edəcək, çünki bizdə limit yoxdur. Kollegiyaya qəbulda məhdudiyyət yoxdur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”