MOİK Premyer Liqaya vəsiqə qazanıb

09:31 13-04-2019 | icon 440 | İdman
MOİK Premyer Liqaya vəsiqə qazanıb

MOİK 2019/20 mövsümü üçün Premyer Liqaya vəsiqəni təmin edib.

 

Versus.Az oxu.az-a istinadən bildirir ki, "hərbçilər" I Divizionun XXII turunda bunu rəsmiləşdirib.

Belə ki, aşağı liqanın lideri bu gün keçirilən matçda "Keşlə-2"ni məğlubiyyətə uğradıb - 2:1. Bununla da "hərbçilər" 22 turdan sonra xal hesabını 56-ya çatdırıb.

 

Çempionatın əsasnaməsinə görə, I divizionda ikinci komandalar istisna olmaqla, ən yüksək yer tutan komanda Premyer Liqaya vəsiqə qazanır.

MOİK-in ən yaxın izləyicisi isə ikinci komandadır. Bu, 50 xalı olan "Sumqayıt-2"dir. Lakin qaydalara görə, Premyer Liqanın klubunun əvəzedici komandası çempion olsa belə, yüksək dəstəyə vəsiqə qazana bilməz.

 

Qeyd edək ki, MOİK lisenziya şərtlərini yerinə yetirə bilsə, növbəti mövsümdən əvvəllər də çıxış etdiyi Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb