İşgəncə və təhqirlərə məruz qalan ailə - SƏBƏBLƏR

15:29 10-03-2018 | icon 6206 | Cəmiyyət
İşgəncə və təhqirlərə məruz qalan ailə - SƏBƏBLƏR

Ailə deyir ki, hüquqları bərpa olunmayana qədər mübarizələrini davam etdirəcəklər

 

“Müsavat Partiyasının üzvüyəm. Partiyanın keçirdiyi mitinq və etiraz aksiyalarında iştirak etdiyimizə görə ailəmlə, daha dəqiq desəm, anam Aybəniz Mikayılova ilə birlikdə təzyiq və işgəncələrə məruz qoyulmuşam. Anamı sadəcə “Azadlıq” dediyinə görə təhqir edib ağladanlar, məni döyüb həbsə atan, işgəncə verənlər hansısa quldur dəstəsi deyildi. Bu, guya ictimai asayişi, vətəndaşın təhlükəsizliyini qorumaq üçün çiyinlərinə paqon taxılmış mənim “polisim” idi. Bu gün mən öz polisim tərəfindən zorakılığa məruz qalıramsa, pozulmuş hüququmun bərpa olunması üçün kimə üz tutmalıyam? Aydındır ki, bu polislər də özbaşına hərəkət etmirlər, vətəndaşa qarşı bu hərəkətləri etmələri üçün onlara göstəriş verən bir hakim qüvvə, bir hökumət orqanı var. Bundan sonra mən kimə etibar etməliyəm? Təkcə vətəndaş olaraq kütləvi tədbirlər keçirib söz demək, hər hansı problemə qarşı etiraz bildirdiyimə görə və öz demokratik hüququmdan istifadə etdiyimə görə həbs olunub işgəncəyə məruq qoyuluramsa, nə etməliyəm? Özüm cəhənnəm, anamın da mitinqlərdə iştirak etdiyinə görə təzyiqə məruz qoyulması məni çox incidir. Buna heç dözə bilmirəm. Mitinqdə iştirak edən bir gəncin gözü qarşısında anasını da dubinka ilə vururlarsa, o nə etməlidir?! Ya ölməlidir, ya da ki, hökumətin bu cür qoluzorlu “asayiş qoruyucularına” tüpürməlidir”.

 

Bunu Versus.Az-a 2011-2015-ci ilin mitinqlərində və 2013-cü ilin seçki kampaniyası ərəfəsində tutularaq həbs olunan, 20 günlük həbs cəzasına məhkum edilən həmin vaxtlar ağır işgəncələrə məruz qoyulan paytaxt (Bakı) sakini Orxan Mikayılov bildirib.

 

Redaksiyamıza üz tutan Orxan bildirib ki, o və anası müxalifət partiyasının üzvləri kimi daim partiyanın keçirdiyi mitinqlərdə iştirak ediblər. Onlar öz sözlərini dinc aksiyalarda, mitinqlərdə söyləmək üçün meydanlarda olublar. Amma polis həmin mitinqləri dağıtmaqla orada iştirak edən vətəndaşları dəyənək gücünə susdurmağa çalışıb.

 

Orxan deyir ki, 2011-ci ilin mart mitinqində anası Aybəniz xanımla birlikdə iştirak edib. Həmin vaxt polislər onu döyəndə, aparmaq istəyəndə anası Aybəniz xanım oğlunu qorumaq üçün çərpınır. Amma oğlunu polisin əlindən qurtara bilmir.

 

Bu barədə həyəcanla danışan Orxan deyir ki, mitinq zamanı və həbs olunandan sonra ona verilən işgəncə və təzyiqlərə etiraz olaraq bir neçə dəfə intihara da əl atıb.

 

Orxanın dediklərinə görə 2011-ci ilin mart mitinqində döyülüb, alqana bulanandan sonra camaatın və anasının müdaxləsi ilə polislərin əlindən qurtula bilib. Həmin vaxt anasının fəryadı, “o xəstə uşaqdır, oğlumu buraxın”- deyə qışqırıb dediyi sözlər, etdiyi fəryad az qala meydanı bürüyüb. Mitinqdə yerə yıxılmasına baxmayaraq polisin döydüyü Orxanı ətrafdakı insanlar polisin əlindən qurtarmaq üçün çalışıblar, həmin vaxt nəhayətdə polislər gənc mitinqçini buraxıblar.

 

Aybəniz xanım zədə almış oğlunu da götürərərk evinə gəlib. Amma gecənin bir yarısında mülki geyimli şəxslər Orxanın evinə gəlib və zorla onu tutaraq qollarını burub “bondotdel”ə (Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi) aparıblar.

 

Orxanın sözlərinə görə, səhərə qədər onu orada döyüb, söyüb, təhqir ediblər. Özünün dediyi kimi, qırılmamış qabırğası qalmayıb. Səhərə yaxın isə aparıb Qobustan çölünə atıblar.

Orxan o hadisənin bir epizodunu belə xatırlayır:

 

“Bunların kim olduğu məlum deyildi. Məni maşına qoyandan sonra başıma torba keçirib, bağlı bir yerə apardılar. Orada məndən söyüş və təhqirlə mitinqə niyə çıxdığımı soruşdular. Məni o qədər döydülər ki, huşumu itirdim. Məni orada 4-5 saat saxlayandan sonra Qobustan yolundakı boş əraziyə atdılar”.

 

Orxan deyir ki, siyasi mübarizəsi 2013-cü ildə Prezidemt seçkiləri ilə əlaqədar olaraq təmsil olunduğu partiyanın namizədinin seçki kampaniyasını aparması ilə davam edib. Seçki kampaniyasında aktiv iştirak etməsi "rəqiblərin" narahatlığına səbəb olub. Orxan deyir ki, belə bir kampaniyanı apardığı üçün tanımadığı şəxslər tərəfindən küçədə tutulub və məlum olmayan qapalı bir müəssisəyə aparılıb. Orxan orada təzyiq, təhir və zorakılığıa məruz qalır, ləyaqəti tapdanır. O günləri yada salan Orxan bizdən üzr istəyərək, başına gələnləri utana-utana nəql edir: - məni möhkəm döydülər, sonra "nə kampaniya?" ironiya ilə soruşub, "yenə apararsan" -deyib, mənə işgəncə verdilər. Əl -qolumu bağlayıb məni soyundurdular. Bu səhnəni də vidolentə aldılar. Məni lüt görüntülərimi hardasa yaymaqla hədələdilər. Ləyaqətim tapdandı. Bu azmış kimi daha "yaxşı dərs" vermək üçün əl barmaqlarıma isti dəmirlə dağ basaraq yandırdılar. Həmin vaxt ağrıdan huşumu itirmişəm. Yenə döyülür, söyülür, təhqirə məruz qalırdım"...

 Orxan deyir ki, ona qarşı təzyiqlər 2015-ci il mitinqində iştirak etdiyinə görə də baş verib. Həmin vaxt isə onu tutub 20 günlük həbs cəzası kəsiblər. Orxan gənc olmasına rəğmən öz ideyaları uğrunda mübarizədə çox təzyilərlə üzləşir, amma əqidəsindən geri çəkilmək fikrində olmadığını bildirib. 

 

Orxan hüquqlarının bərpa olunmasını, özünə və anasına dəyən maddi və mənəvi ziyanın hökumət tərəfindən ödənilməsini tələb edir. Orxanın ailəsi hüquqları bərpa olunmayana qədər mübarizələrini davam etdirəcəklərini deyirlər.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı