Kiyevdə azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

14:46 13-04-2019 | icon 951 | Mədəniyyət
Kiyevdə azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Əməkdar rəssamı Vüqar Muradovun fərdi sərgisi açılıb.

 

Azərbaycanın Ukraynadakı səfirliyindən Versus.az-a verilən məlumata görə, sərgidə Ukraynanın tanınmış rəssamları, diplomatik nümayəndəliklərin təmsilçiləri, ictimai-siyasi xadimlər və soydaşlarımız iştirak edib.

 

Azərbaycanın dünyanın mədəniyyət beşiyinə çevrildiyini deyən ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, V.Muradov artıq öz əsərləri ilə sözünü demiş rəssamdır. Rəssam Ukraynada ilk dəfədir ki, fərdi sərgisini keçirir. “Rəssamın digər xarici ölkələrdə olduğu kimi Ukraynada da fərdi sərgisinin uğur qazanacağına inanıram. Bu cür sərgilər Azərbaycanın mədəniyyət sahəsində inkişafını göstərir. Bu gün ölkəmiz multikulturalizm, mədəniyyət sahəsində lokomotiv rolunu oynayır. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmiz dünyada məşhurluq qazanan iri layihələr həyata keçirməkdədir”, - deyə səfir əlavə edib.

 

Tarixən Azərbaycanda istedadlı, tanınan rəssamların yetişdiyini qeyd edən Kiyev Milli Art Qalereyasının rəhbəri Luri Vakulenko çıxışında ölkəmizin mədəni zənginliyindən danışıb. O bildirib ki, V.Muradovun əsərləri Ukraynada uğur qazanacaq. Vüqar Muradov gördüyünü, düşündüyünü çox uğurlu formada insanlara təqdim edə bilir.

 

Tədbirdə çıxış edənlər rəssamın yaradıcılığı barədə ətraflı məlumat verib.

Sərgiyə gələnlərə təşəkkürünü bildirən Vüqar Muradov burada 18 əsərinin sərgiləndiyini açıqlayıb.

Sərgi bir ay davam edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol