Uşağınizin qarnı ağrıyir?

15:30 13-04-2019 | icon 493 | Sağlamlıq
Uşağınizin qarnı ağrıyir?

Əgər körpə ağlayıb, ayaqlarını qarnına doğru yığırsa, qarnına əl vurmağa qoymursa, deməli, həqiqətən qarın boşluğunda  problem var. Bu zaman valideynin birinci vəzifəsi ağrının, narahatlığın səbəbini tapıb, aradan qaldırmaqdır. 

 

Versus.az medicina.az-a istinadən körpələrdə qarın ağrısı və sancıların səbəblərini təqdim edir.

-Çox hallarda qarında ağrı sadəcə köp, meteorizm səbəbindən olur
-Eləcə də müxtəlif infeksiyalar
-Köhnəlmiş və ya soyuq qida
-Qida dəyişikliyi

Hansı hallarda təcili həkimə göstərilməlidir?

-Qusma ilə yanaşı qarın ağrısı
-Qarın ağrısı və nəcisdə qan
-Xüsusən 1 yaşa kimi uşaqlarda təkrari qusmalar varsa, təcili yardım çağırılmalıdır
-Diareya, yüksək hərarət
-Kəskin qanstroenterit
-Tutma şəkilli ağrılardan sonra nəbzin zəfləməsi, huşun itməsi - bu artıq susuzlaşmanın əlamətidir

Əgər uşağın qarnı ağrıyırsa və güclü köp varsa, bu onun qida və yuxu rejimini pozur. 

Qarında problem olmasının digər əlamətləri:

-Uşaq az və pis yeyir
-Qışqıraraq döşdən çəkilir
-Əllərini qarnında yumruqlayıb sıxır
-Xüsusən yeməkdən sonra üzündə narazılıq, ağrı mimikası olur
-Qarın əzələləri gərgin olur, toxunanda ağlayır
-Qarnı ağrıyan körpə adətindən daha uzun müddət ağlayır, sakitləşdirmək mümkün olmur

 

Qarnı ağrıyan uşağın qidalanması.

Körpələrdə hansı qidanı təxirə salsanız da ana südü verilməlidir. Çünki məhz ana südü uşağın mədə-bağırsaq sistemini formalaşdırır. Eləcə də faydalı bakteriyalar alır. 

-Tərəvəz bulyonu - əgər uşaq 6 ayı keçibsə, təzə tərəvəz bulyonu və meyvə püresi verilə bilər.
-Qarın ağrısında düyü sıyığı verilə bilər. Əgər qəbizlik varsa, düyü olmaz. 
-Diareya varsa, düyü daha məqsədəuyğundur. 

Ananın səhvləri:

Uşaqlarda bağırsağı pozan, qarın ağrısına səbəb olan səhvlərdən biri evdə qidanın bişirilmə, hazırlanma texnologiyasına düzgün əməl olunmamasıdır.  Çiy su ilə yuyulan çiy tərəvəz, meyvədə patogen mikroorqanizmlər ola bilər. Ona görə qaynar su ilə yuyulmalıdır.
Yeməkdə istifadə olunan su tam qaynamalıdır. 
Allergen qidalar diqqətdə saxlanmalıdır.
Uşağın əllərinin gigiyenik təmizliyinə fikir verməli. Çünki çirkli əllərlə ağzından mikroblar keçir. 

Dərmanlar olmaz

Uşaqlara böyüklər üçün nəzərdə tutulan qəbizlik vasitələri, qarın işlədicilər və ağrıkəsicilər verilə bilməz.
Susuzlaşmanın qarşısını almaq üçün uşağa çox maye vermək lazımdır. Əgər kolik varsa, qarını isti saxlayıb, isti əllərlə qarını yüngül dairəvi masaj etmək olar. Körpənin qarnını isti odeyala büküb, özünüzə sıxa bilərsiz. Bu onu psixoloji sakitləşdirəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür