Nazir: Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək iclasına 3 mindən çox qonaq qatılacaq

17:33 13-04-2019 | icon 498 | Mədəniyyət
Nazir: Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək iclasına 3 mindən çox qonaq qatılacaq

2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Azərbaycana müxtəlif ölkələrin 3 mindən artıq nümayəndəsi gələcək.

Versus.Az -ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizi əsasında başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində Qobustan Dövlət Tarix-Bədii Qoruğunda keçirilən kütləvi ağacəkmə aksiyasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Azərbaycan Ümumdünya İrs Komitəsinin 43-cü iclasına sədrlik edəcək:

“Qeyd edim ki, Dünya İrsi Siyahısında milli sərvətimiz olan Qobustan qoruğunun da öz yeri var və Azərbaycana səfər edəcək 3 min nəfərdən ibarət nümayəndə heyətlərinin də Qobustan qoruğuna səfəri nəzərdə tutulub”.

Ə.Qarayev qeyd edib ki, 10 gün davam edəcək tədbir zamanı Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI