Bu gündən problemli kreditlərə görə məlumat ala biləcəksiniz

08:13 15-04-2019 | icon 769 | İqtisadiyyat
Bu gündən problemli kreditlərə görə məlumat ala biləcəksiniz

Bu gün problemli kreditlərlə bağlı kompensasiya alacaq vətəndaşlar barədə məlumatların tam olaraq “pk.fimsa.az” portalına inteqrasiya olunması prosesi yekunlaşacaq.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından Versus.Az-a verilən məlumata görə, problemli kreditlərin ödənişləri ilə bağlı yaradılmış pk.fimsa.az portalına daxil olmaqla bütün fiziki şəxslər onlara hesablanmış cəmi kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları əldə edə biləcək.

 

Qeyd edək ki, indiyə qədər məlumatların portala inteqrasiyası getdiyindən fiziki şəxslərin bir qismi onlara ödənəcək kompensasiya ödənişi barədə məlumat əldə edə bilməyib. Belə hallarda vətəndaşlara onlar haqqında məlumatların yenilənməsinin getdiyi barədə məlumat verilib.

 

Problemli kreditlərlə bağlı kompensasiya və restrukturizasiya güzəştinin şamil olunacağı cari kreditlərlə bağlı ödənişlərin verilməsinə isə aprelin sonlarından başlanılacaq və may ayının sonuna kimi yekunlaşacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin