“Azərbaycanın opera səsləri” adlı konsert proqramı

08:42 15-04-2019 | icon 423 | Mədəniyyət
“Azərbaycanın opera səsləri” adlı konsert proqramı

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Azərbaycanın Xalq artisti, Rusiya "Böyük Teatrı"nın aparıcı solisti Dinarə Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalının açılışı olub.

 

Versus.Az ONA-yaistinadən xəbər verir ki, festival çərçivəsində keçirilən ilk konsert “Azərbaycanın opera səsləri” adlanıb.

Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı Səfirliyinin dəstəyi ilə təşkil olunan konsertdə Azərbaycanın Xalq artisti, maestro Yalçın Adıgözəlov və opera müğənnisi Azər Zadə çıxış ediblər. Onları Rusiya Milli Orkestri müşayiət edib.

 

Konsert proqramında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cüzeppe Verdi, Cakomo Puççini, Corc Bize və digər bəstəkarların əsərləri səsləndirilib.

 

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Dinarə Əliyevanın “Opera Art” festivalı Moskvada iki ildən bir keçirilir. Bu il aprelin 13-də start götürən festival mayın 30-dək davam edəcək. Festival çərçivəsində beş konsert nəzərdə tutulub. Aprelin 21-də “Belarusun opera səsləri” konsert proqramı təqdim olunacaq. Daha sonra isə festival müxtəlif günlərdə “İtaliya operasının xor şedevrləri”, Puççininin “Madam Batterflay”, Dvorjakın “Rusalka”, Verdinin “Ernani” operalarının konsert variantları ilə davam edəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF