“Dünya “demokratiya transverçiləri” öz siyasətlərini Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldə bilmir...” - MÜSAHİBƏ

12:09 15-04-2019 | icon 758 | Geopolitika
“Dünya “demokratiya transverçiləri” öz siyasətlərini Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldə bilmir...” - MÜSAHİBƏ

Nəzakət Məmmədova: “Bu, bizim haqqımızın pozulmasıdır, Qarabağ məsələsinə kölgə salmaq, Xocalının haqqını yeməkdir”

 

Politoloq Nəzakət Məmədovanın Versus.az-a müsahibəsi. Müsahibəmizdə qlobal dünyanın mövcud geosiyasi mənzərəsini əhatə edən gərginliyi və xüsusilə seçki proseslərinin dünyada kiçik dövlətlərə qarşı ədalətin bərpa olunmasına təsir edə bilməsi ilə bağlı məqamlara toxunduq.

 

- Nəzakət xanım, sanki yeni dünya düzəni bu gün “seçki qutuları” üzərindən hazırlanan strategiyaya uyğun nizamlanır. Görünən odur ki, artıq dünyada seçki yolu ilə müəyyən demokratik dəyişikliklərin edilməsi ilə bağlı aktivlik var. Nəhayət dünyada seçki yolu ilə aparılan demokratiya dəyişimi və ədalətli seçki tələbi “ağa güclərin” müharibələrə, ədalətsizliklərə yanaşmasında özünü demokratiya transferçisi kimi göstərəcəkmi. Və dünyanın pozulmuş düzəninə, xüsusən Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı beynəlxalq ədalətin bərqərar olunmasına hansısa təsirlərini verə biləcəkmi?

 

- Seçkilərin keçirilməsi, hər bir dövlətin öz quruluşuna, xarakterinə görə dəyişsə də, mahiyyət və demokratik tələb eynidir. Məsələn, bu günlərdə biz qonşu Türkiyədə, Ukraynada, Hindistanda və sair ölkələrdə keçirilən seçkiləri izlədik. Məlum oldu ki, dünyada gedən canlanma, dinamik, hərəkətli proseslər ayrı-ayrı ölkələrin insanlarının da şüuruna təsir edib və özünü müxtəlif formalarda göstərir. Lakin ümumilikdə, dünyanın seçki dönəmi yaşamasına baxmayaraq, böyük güclər bütün prosesləri öz maraqları müstəvisində yönəltməyə hesablanan cəhdlərindən əl çəkmirlər.

Təbii ki, dünya dəyişikliklər astanasındadır. Bu, özünü ən müxtəlif formalarda – “Ərəb Baharı”-dan tutmuş, ayrı-ayrı ölkələrdəki demokratik seçkilər xətti ilə də göstərir. Təbii ki, seçkilərin keçirilməsi və insanların seçkilərdə öz iradəsini ifadə etməsi, seçkilər yolu ilə hakimiyyətə iddialı olması ən sivil, ən demokratik yoldur. Biz bunu böyük demokratiya ənənələri olan Hindistan kimi ölkədə də müşahidə etdik. Hindistan, ona görə dünyanın ən demokratik ölkəsidir ki, müstəmləkəçi İngiltərə orda demokratiya ənənələrini qoyub gedib. Türkiyənin özü də özünəməxsus ənənələri olan bir dövlətdir. Eləcə də, bu gün Ukraynada çalışırlar ki, demokratiyaya doğru müəyyən addımlar atılsın. Bütün bu hallar hələ ki, özünü seçkiyə qatılan əhalinin əhval-ruhiyəsində göstərir.

 

- Məlum seçkilər hansı sürprizləri ilə yadda qaldı. Azərbaycanla yaxın dostluq əlaqələri olan Türkiyədəki bələdiyyə, eləcə də Ukraynadakı prezident seçkilərinin hansı oxşar müqayisələrini aparmaq olar?

 

- Nəzərə almaq lazımdır ki, bu ölkələr Azərbaycana dost münasibətində olmaqla yanaşı, orada çoxlu sayda azərbaycanlılar yaşayır və işləyirlər. Yəni bu ölkələrdə keçirilən seçkilərin aqibəti necə olacaqsa, həm bizə aidiyyatı var, həm də orda yaşayan azərbaycanlılara.

Yaxın, qonşu dövlətlərdə baş verən proseslərin digər dövlətlərə təsirlərinin və başqa ölkələrə hansı təcrübəni ötürə biləcəyi hər zaman müzakirə obyekti olub və bu gün Türkiyədəki seçkilərin bu şəkildə geniş müzakirəyə səbəb olması əbəs deyil. Türkiyədəki son seçkilər artıq 2003-cü ildən bəri AKP-nin monolit səs çoxluğu ilə önə çıxması ideyasını zəiflədti. Artıq AKP-nin müəyyən qədər də zəiflədiyini müşahidə elədik. AKP-nin seçkilərdə tam gücü ilə qələbə çala bilməməsi “Əvət -Xayır” devzi ilə keçirilən referendumda və son prezident seçkilərində də özünü göstərmişdi. Artıq ardıcıl 3 seçkidir ki, 80 milyonluq Türkiyə iki yerə bölünür. Səsvermədə 49,51, 48,52 nisbətində fikri ayrılıqları olur. Bu o deməkdir ki, Türkiyədə siyasi şüur, insanların fikirləri iki yerə parçalanıb. O da məlumdur ki, Tayyib Ərdoğanın şəxsi liderliyi Türkiyədə hər zaman qəbul olunub. Amma 2013-cü il Prezident seçkilərində onun da ikinci tura qalması göstərirdi ki, artıq əhali tərəddüd edir. Eləcə də, Bələdiyyə seçkilərində AKP-nin Ankara, İstanbul, İzmir və başqa böyük şəhərlərdə öz mövqelərini CHP-yə uduzması həqiqətən də AKP-nin məğlubiyyətə bərabər qələbəsi idi. Bu hal CHP-nin yenidən Türkiyənin siyasi sisteminə qayıtma şanslarını göstərdi. Bilirik ki, CHP Türkiyə respublikası bərqərar olunandan - 1923-cü ildən - uzun illər hakimiyyətdə olmuş bir partiyadır. Onun daxili və xarici siyasəti təbii ki, AKP-dən tamamilə fərqlənir. İndi CHP-nin yenidən hakimiyyətə qayıdışı Türkiyənin indiki xarici siyasətinin tamamilə dəyişməyi, yenidən Amerika ilə müttəfiq münasibətlərinin bərpasına, Rusiya ilə uzaqlaşmasına, NATO ilə yenidən yaxın əməkdaşlığına gətirib çıxara bilər.

 

- Bütün hallarda AKP qalib oldu.

 

- Bəli, amma bu, AKP-yə ciddi bir siqnal verdi. Çünki İstanbul bir qızıl açardır və bu da o deməkdir ki, onu qazanan partiyanın Türkiyənin gələcək siyasətində yeri böyük olacaq. Ərdoğan da bir zamanlar İstanbulun Bələdiyyə başqanı olmuşdu. 20 milyonun bələdiyyə başqanı olması onun partiyasına da böyük şanslar verdi.

 

- Bir sözlə, dəyişilmə, oyanış var və bu da özünü seçkidə göstərdi. Biz demokratiyaya atılan hər hansı bir addımdan danışarkən mütləq bu proseslərin Azərbaycana nələri transfer edəcəyi ilə bağlı təhlillər aparırıq. Məsələyə bu aspektdən yanaşsaq, Türkiyədəki seçkilər Azərbaycana nə verdi, nəyi itirdik?

 

- Hansı partiyanın hakimiyyətdə olmağından asılı olmayaraq, Türkiyədə Azərbaycanı qardaş, strateji dövlət kimi qəbul edirlər. Lakin xarici siyasətdə digər dövlətlərlə əməkdaşlıq baxımından bizə təsiri ola bilər.

Məsələn, Ərdoğan Cümhuriyyətin 100 illiyinə qədər bir sıra nəhəng layihələrin həyatda keçirilməsini hədəfə qoyub ki, bu da 2023-cü ilə qədər həyata keçirlməldir. Azərbaycanın da bu əməkdaşlıqda böyük yeri var. 2023-cü ilə qədər AKP-nin hakimiyyətdə qalması Azərbaycanın da həmin böyük layihələrdə iştirakını təmin edəcəkdir.

AKP dini nöqteyi nəzərdən yanaşma ortaya qoyursa və  Azərbaycana, Orta Asiyaya, Yaxın Şərqə bu cür baxırsa, CHP dünyəvi partiyadır və Amerika, İsrail, NATO, Avropa Birliyi ilə münasibətlərin qurulmasını istəyir. CHP də Azərbaycanla bağlı xoşagəlməz ifadələr işlədilsə də, münasibətlərə xələl gələcəyini düşünmək olmaz. Çünki Türkiyənin xarici strategiyası hakimiyyətdə kimin olmasından asılı olmayarq Azərbaycanla yaxın müttəfiqlik münasibətlərini tələb edir.

 

 

“Burda Rusiya ilə Qərbin maraq savaşı gedirsə...”

 

 

- Ukraynada keçirilən seçkiləri necə təhlil edərdiniz və yenə də Azərbaycanla bağlı təsirlərdən danışarkən hansı nüansları qeyd edərdiniz?

 

- Ukrayna seçkilərində seçkinin 2-ci tura qalması bir qədər mübahisəli oldu. Paraşenko prezident olduğu 5 il müddətində xüsusi bir nailiyyət qazanmadı. Belə ki, aliqarxların ölkədə təsiri gücləndi, ölkə xaotik hala gəldi, Rusiya ilə münasibətlər son dərəcə kəskinləşdi, Ukrayna faktiki olaraq Qərbin, NATO-nun və Rusiyanın arasında bir savaş meydanına çevrildi. Ölkə Şərq və Qərbə bölündü, Danetskidə, Luqanskda torpaq itkilərinə məruz qaldı. Ukrayna çox böyük uçuruma yuvarlandı. Bu baxımdan, Paraşenkoya etimadın az olması gözlənilən idi. Digər tərəfdən şoumen, aktyor adlandırılan, təcrübəsi olmayan Zelenskinin ikinci tura keçməsi, hətta 30 faiz səslə Paraşenkonu üstələməsi də müşahidəçilər üçün sürpriz oldu.

Mənə elə gəlir ki, Ukraynadakı seçkilərin demokratik olduğunu söyləməyə tələsməməliyik. Ukrayna xarici güclərin təsiri altındadırsa, burda Rusiya ilə Qərbin maraq savaşı gedirsə, seçkinin demokratik olacağını iddia eləmək çətindir. Ola bilər ki, hər iki namizəd xarici qüvvələrlə bağlıdır. Məlumdur ki, hər iki namizəd Almaniya və Fransaya dəvət ediliblər. Paraşenkonu tək Almaniyaya çağırıblar. Amma aprelin 12-də Makron Yenisey sarayında Zelenski və Paraşenkonu ayrı-ayrı qəbul edəcəkdir.

 

- Prezidentiytə namizədlərlə görüşmək marağı nə ilə bağlıdır?

 

- Ukrayna, Rusiya Almaniya və Fransa “Ukrayna olayı”nın həlli ilə bağlı yaranan “Narmans” formatının üzvləridir. Onların Ukraynada maraqları var. Görünür ki, Fransa və Almaniya namizədlərdən öhdəlik almaq istəyirlər. Bilmək istəyirlər ki, bu adamlar hakimiyyətə gələrsə, Qərbə münasibətləri necə olacaq, xarici siyasəti necə quracaqlar. Yəqin ki, namizədlərdən kim onları qane edəcəksə, ona da dəstək verəcəklər. Aprelin 21-də ikinci tur seçkilər keçiriləcək və Zelensinin şansını da böyük qiymətləndirmək olar.

 

- Nəzakət xanım, bilirik ki, Fransa ermənipərəst mövqedən çıxış edərək, qondarma erməni soyqırımının ildönümünün qeyd olunması ilə bağlı qərar verdi və bu, Türkiyə tərəfindən sərt qarşılandı. Təbii ki, bu, Azərbaycan üçün də mənfi təsirlərini verəcək?

 

- Təbii ki, bu gün qonşu dövlətlərdə keçirilən seçkilərdə namizəd olan şəxslərin ermənipərəst olmasının gələcəkdə Azərbaycanla münasibətlərdə əks təsirlərini gözləyə bilərik. Məsələn, başlayaq Ukraynadan: bundan əvvəl Azərbaycanla GUAM çərçivəsində əməkdaşlıq edirdi. Bu gün artıq o təşkilat dağılıb. Ukrayna artıq üzünü Qərbə tutub. Ukraynadakı seçkilərin birbaşa Azərbaycana aidiyyatı olmasa da, sırf orada yaşayan azərbaycanlılara münasibət baxımından izlənir.

Meydan hadisələrindən sonra Ukraynada bir neçə nazir, vəzifədə rəhbərlər ermənilər oldu və orada azərbaycanlılara, iş adamlarımıza təzyiqlər edildi. Bu mənada elə bir şəxs hakimiyytə gəlməlidir ki, o, etnik münaqişələrə yol verməsin. Ona görə də erməni nazirlər vəzifədən uzaqlaşdırılmalıdır. Əgər vəzifədə oturan erməni azərbaycanlılara qarşı törədilən cinayətləri ört-basdır edirsə, onlara qarşı təzyiqlər həyata keçirirsə, artıq bu, yolverilməzdir. Bunlar nəzərə alınmalıdır. Ukrayna indiki vəziyyətdə xaotik durumdadır, xaos, anarxiyanı Paraşenko yığışdıra bilmir. Buna görə də hesab edirəm ki, namizədin peşəsinin nə olması qəbahət deyil, yetər ki, ədalətli insan olsun.

Eləcə də Fransadan sonra İtaliya parlamenti də qondarma soyqırımı tanımaq barədə qərar qəbul edib. Hələ ki, bu qərarın hüquqi əsası yoxdur. Əgər hökumət də bu qərarı qəbul eləsə, bu bizim üçün xoşagəlməz haldır. Almaniya Bundestaqı da belə bir qanun qəbul elədi, hökumət isə rədd etdi. İndi baxaq görək İtaliyada necə olacaq. Təbbi ki, ermənilərin Türkiyəyə qarşı hər hansı bir qərəzli qərar qəbul etdirməsinin bilavasitə Qarabağ məsələsinə də aidiyyatı var. Çünki cinayətkar, işğalçı dövlət özünü yalandan “soyqırımından” əziyyət çəkmiş kimi qələmə verirsə, bu, bizim haqqımızın pozulmasıdır, Qarabağ məsələsinə kölgə salmaq, Xocalının haqqını yeməkdir. Çünki Qərb, Avropa Xocalı soyqırımını qəbul eləməyib. Bu baxımdan ayrı-ayrı ölkələrin parlamentlərinin erməni soyqırımını qəbul etməsinin tendensiya halına gəlməsi çox pis bir haldır.

 

 

“...guya müsəlmanların hüquqlarını qoruduğunu deyən SEPAH...”

 

 

- Görünən odur ki, Qərb nə qədər özünü demokratik adalandırsa da, kiçik dövlətlərə qarşı ədalətli “seçim” etməkdə əziyyət çəkir. İstənilən vaxt, istənilən qərarı verə bilir və başqalarının hüquqları onları əsla maraqlandırmır.

 

- Böyük dövlətlər haqq-ədalətə göz yumduqca belə hallar yaranacaq. Məsələn, bu günlərdə Tramp SEPAH-ın terror təşkilatı kimi tanınması barədə qərar qəbul edib. Hansı ki, SEPAH İran dövlətinin silahlı qüvvələrinin bir qoludur. Bir ölkənin silahlı qüvvələrini terror təşkilatı kimi adlandırmağın özü də qəribə haldır. Açığı Azərbaycana yönəlik ədalətsiz yanaşmaları təhlil edəndə buna təəccüblənmirəm. Çünki həmin SEPAH azərbaycanlıların bir hissəsini öz tərəfinə çəkərək konstitusiya quruluşunu dəyişdirməyə çalışırdı. Bu faktın üstü dəfələrlə açılıb.

Digər tərəfdən, Dağlıq Qarabağda İran-Azərbaycan sərhəddinin 132 km-i Ermənistan tərəfindən işğal olunub. Nəyə görə Yəməndə, Suriyada, Livanda, Fələstində, İraqda və digər Yaxın Şərqin bir neçə ölkəsində fəallıq göstərən, guya müsəlmanların hüquqlarını qoruduğunu deyən SEPAH 132 km-lik məsafəsində terror aparan erməni separatçılarına qarşı bir dəfə də olsun əməliyyat keçirməyib? Əksinə, Azərbaycan sərhədçisi Səxavət Məmmədovu vurub öldürdülər, amma hər qarışına nəzarət edən İran dövləti cinayətkarı tapa bilmir. Bu, ədalətsiz yanaşmadır. Ona görə də bu gün Amerikanın SEPAH-ı terrorçu adlandırmasına təəssüflənməli deyilik. Bu, onların öz arasında olan məsələdir. Amma İran müsəlman təəssübkeşliyi göstəsəydi, bu qərara təəssüflənmək, naharat olamaq olardı. Təbii ki, proseslər onu göstərir ki, dünyanın böyük “demokratiya transverçiləri” öz siyasətlərini Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldə bilmir.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI