ATU klinikasında xəstənin beynindən iri şiş uğurla çıxarılıb

15:24 15-04-2019 | icon 530 | Sağlamlıq
ATU klinikasında xəstənin beynindən iri şiş uğurla çıxarılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb beyin əməliyyatı icra olunub.

Versus.Az xəbər verir ki, əməliyyat barədə məlumat verən klinikanın Neyrocərrahiyyə şöbəsinin müdiri, assistent Fərid Qaralov bildirib ki, pasiyent ciddi baş ağrıları və sol gözdəki zəifliklə bağlı onlara müraciət edib.

“42 yaşlı pasiyentdə beynin MRT-si və  görmə testi aprıldı. Xəstənin beynində sol sfinoid qanadda - sol əsas sümüyün qanadında böyük həcmli törəmə aşkarlandı. Bu meningiyomanın götürülməsi üçün xəstənin əməliyyatı olunmasına dair qərar verildi”.

Həkim bildirir ki, əməliyyat riskli olub. Çünki əməliyyat zamanı “karotis” adlandırılan şah damarın zədələnməsi ehtimalı, böyük damar yaralanması, görmə sinirinin qopması kimi təhlükələr varmış. Lakin 5 saata yaxın davam edən əməliyyat uğurla nəticələnib. Hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir, xəstə 4 gün xəstəxanada qaldıqdan sonra evə buraxılacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb