Hərbi qulluqçu bələdiyyədən şikayətçidir

16:00 15-04-2019 | icon 451 | Sosial
Hərbi qulluqçu bələdiyyədən şikayətçidir

 

Versus.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən yaşla əlaqədar ehtiyata buraxılmış hərbi qulluqçu Məlahət Yusifova məmur özbaşınalığından şikayətçidir. Vaxtilə Milli Təhlükəsizlik Nazirliyində, sonradan isə Dövlət Sərhəd Xidmətində, ümumilikdə 18 il qüsursuz xidmət etmiş M.Yusifova təqaüdə göndəriləndən sonra, nəhayət ki, kirayədə yaşamaqdan qurtulmaq qərarını verib.

Bunun üçün təqaüddə olan hərbçi xanım “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması ilə əlaqədar Səbayel Bələdiyyəsinə dəfələrlə müraciət edib: “Ailəm böyükdür, ona görə də dövlətin hərbi qulluqçulara verilməsini qanunla təsbit etdiyi torpaq sahəsi alıb ev tikmək istədik. Səbayel Bələdiyyəsi isə bildirir ki:”...onlara aid torpaqların hüdudları, növləri, ölçüləri və elektron xəritəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilərək bələdiyyəyə təhvil verildikdən sonra sizə torpaq sahəsi ayrılması məsələsinə baxa bilərik". Baxmayaraq ki, qanunvericilikdə hərbi qulluqçunun müraciət etdikdən sonra 6 ay müddətində torpaq sahəsi almaq hüququ olduğu göstərilir, iki ildir ki, bizim müraciətlərə baxılmır. Bu gün hamımıza bəllidir ki, ölkəmiz bütün sahələrdə qadınların fəal iştirakı sayəsində çox irəli gedib. Bu faktlar danılmazdır. 18 ildən artıq silahlı qüvvələrdə hərbi xidmət keçmişəm. Həyatımı bu sahəyə həsr etmişəm və yaş həddinə görə ehtiyata buraxılmışam. Dövlətimizin qəbul etdiyi qanunlara müvafiq olaraq torpaq sahəsi almaq üçün müraciət etdiyim orqanlar məni get-gələ salıb. Sözün əsl mənasında bürokratizmlə məşğuldurlar. Bu qədər süründürməçilik olarmı?!  Belə ki, müraciətlərə Səbayel Bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov bildirir ki, onlara aid torpaqların hüdudları, torpaq növləri, ölçüləri, habelə elektron xəritəsi müəyyənləşdikdən sonra mənə torpaq sahəsi ayrılmasına baxıla bilər.  Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini isə mənə bələdiyyələrə aid qanunları xatırladır. O, qanunları mənə xatırlatmaqdansa, dəvət edib istəyimə əsasən başqa bir bələdiyyədən fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmasına göstəriş verə bilərdi. Əgər baş idarələrdə oturan böyük məmurlar qadınların hüquqlarını belə pozurlarsa, yerlərdə fəaliyyət göstərən kiçik məmurlardan nə gözləmək olar?! Bu məmurlar bilərəkdən və ya bilməmizlikdən mənə torpaq sahəsi ayrılmasında maraqlı deyillər".

Ehtiyatda olan hərbçi xanım ədliyyə naziri, ədliyyə general-polkovniki Fikrət Məmmədova da müraciət edib: “Xahiş edirəm ki, müraciətimə baxılmasını nəzarətə götürüb, köməklik göstərsin. Prezident Administrasiyasına, Bələdiyyələrlə İş Mərkəzə ünvanlanan məktublarım bələdiyyəyə yönləndirilir, onlar da eyni məzmunlu  cavabı verirlər. Bələdiyyələrlə İş Mərkəzi isə ünvanladığı cavablarda bildirir ki, torpaq sahəsinin ayrılması ilə bağlı Ədliyyə Nazirliyinin hər hansı bir səlahiyyəti yoxdur. Bəs bələdiyyə ilə bağlı şikayətimizi hara bildirək?! Əminəm ki, dövlət rəhbərliyinin bu özbaşınalıqlardan xəbəri yoxdur”.

M.Yusifova bələdiyyənin üzərinə ona torpaq sahəsi ayrılması öhdəliyinin qoyulması ilə bağlı 1 saylı İnzibatı İqtisad Məhkəməsinə də müraciət edib. Lakin məhkəmə iddianı əsas olmadan rədd edib. Halbuki rəddetmə haqda qərarda da, hərbçilərə qanunla bələdiyyələrin torpaq sahəsi ayırması da vurğulanıb./yeni müsavat/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin